Azərbaycan Müdafiə Nazirliyindən Qəbələ RLS açıqlaması
0
0
Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın Azərbaycandakı Qəbələ Radiolokasiya Stansiyasının (RLS) istismarını dayandırmasına münasibətini bildirib. APA-nın xəbərinə görə, nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Qəbələ RLS-lə bağlı Rusiya ilə əməkdaşlığı davam etdirmək niyyətində olub.
“Lakin obyektin icarə haqqı çox az olduğundan bizim şərtimiz oldu ki, bu məbləğ artırılsın. Bunu isə Rusiya qəbul etmədi və RLS-in istismarını dayandırdı” - deyə E.Sabiroğlu qeyd edib.
Onun sözlərinə görə, Qəbələ RLS-in fəaliyyətinin dayandırılmasının heç bir siyasi anlamı yoxdur: “Bizim Rusiya ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı davam etdiriləcək. Müdafiə nazirləri səviyyəsində də əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın davam etdirilməsi üçün heç bir problem yoxdur. Qəbələ RLS-dəki inventarlar Rusiyaya məxsusdur. İnventarlar aparıldıqdan sonra RLS-lə bağlı təhvil-təslim işlərinə yaxın vaxtlarda başlanacaq”.
Qəbələ RLS-in bundan sonrakı taleyinə gəldikdə, E.Sabiroğlu deyib ki, buna Azərbaycan
hökuməti qərar verəcək: “RLS böyük bir ərazini tutur. Qəbələ də artıq kurort zonasına çevrilib. Ola bilər ki, ərazidən bu məqsədlə də istifadə olunsun”.