Qənirə Paşayeva: “Ermənistan insan haqlarını ən çox pozan ölkədir” - FOTO
12 dekabr 2012 10:28 (UTC +04:00)

Qənirə Paşayeva: “Ermənistan insan haqlarını ən çox pozan ölkədir” - FOTO

0
“Dünya İnsan Haqları Günü” münasibəti ilə Benilüks Azərbaycanlıları Konqresi, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM), Hollandiya Türkevi Araşdırmalar Mərkəzi, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya), Türk Demokratlar Birliyinin təşkilatçılığı ilə konfrans keçirilib. Lent.az-ın məlumatına görə, konfransda millət vəkili Qənirə Paşayeva çıxış edərək, Ermənistanın işğalçılıq siyasətindən, 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, öz evlərinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistan tərəfindən tapdalanmaqda davam edən haqlarından danışıb.

Millət vəkili Ermənistanı insan haqlarını ən kobud və ən çox pozan ölkə adlandırıb. “Beynəlxalq təşkilatlar və ictimaiyyət artıq 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, Ermənistan tərəfindən tapdalanmaqda davam edən haqlarına biganə yanaşmamalı, qaçqın və məcburi köçkünlərin öz evlərinə dönə bilməsi üçün səyləri daha da artırmalı, işğalçı dövlətə bu istiqamətdə təzyiqləri artırmalıdırlar”.

Q. Paşayeva tədbirdə iştirak edən Türk Dövlətləri və Toplumlarının diaspor təşkilatlarına müraciət edərək bildirib ki, Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün türklər birgə çalışmalı və səylərini daha artırmalıdırlar: “Xocalı soyqırımı Türklərə qarşı törədilmiş bir soyqırım olaraq bütün Türk dünyasının problemidir deyən millət vəkili bu soyqırımı törədənlərin öz layiqli cəzalarını alması, dünyanın bu soyqırımı pisləməsi və tanıması istiqamətində bütün Türk dünyası fəal iş aparmalıdır”.

Millət vəkili tədbir iştirakçılarını maraqlandıran bəzi sualları da cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1002

Oxşar yazılar