Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilən prezidentini təbrik edib
11 dekabr 2012 19:18 (UTC +04:00)

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilən prezidentini təbrik edib

0
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Ueli Morerə təbrik məktubu göndərib. Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, təbrik məktubunda bildirilir: “Mən Azərbaycan-İsveçrə münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq daha da genişlənəcək və möhkəmlənəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1405

Oxşar yazılar