İranla Azərbaycan arasında azad ticarət zonası yaradılır
09 dekabr 2012 21:43 (UTC +04:00)

İranla Azərbaycan arasında azad ticarət zonası yaradılır

0
Dekabrın 9-da Təbriz şəhərində İranın Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovla görüşüb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə iki ölkə arasında azad ticarət zonasının yaradılması ilə bağlı razılıq əldə olunub. Belə ki, İranla Azərbaycan arasında “Araz” azad ticarət zonasının yaradılması üçün hazırlıqlara başlanılması, müvafiq sənədin hazırlanması və gələcəkdə iki ölkənin rəsmiləri tərəfindən imzalanması qərara alınıb.

Görüşdə həmçinin İranla Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1649

Oxşar yazılar