AXCP üzvləri “saxlandıq”, polis “saxlamadıq” deyir
0
0
Bakıdan partiyanın rayon şöbələrinin müşavirəsinə gedən AXCP üzvlərini polis saxlayıb.
Azadlıq Radiosunun məlumatına görə, saxlananlar arasında partiya Ali Məclisinin sədri Həsən Kərimov da olub. O, bir qədər sonra sərbəst buraxılsa da, partiyanın digər üzvləri- Natiq Ədilov, Əbülfəz Qurbanlı saxlanılıb.
Həsən Kərimovun dediyinə görə, o, polis idarəsində olanda partiyanın rayon təşkilatının qərargahı qarşısında qarşıdurma olub: “ Natiqlə Əbülfəzi vurublar, sonra idarəyə aparıblar. Sadəcə onlar qərargah qarşısında cəbhəçilərin şəkilini çəkəndə insident baş verib. Polislər onlara şəkil çəkməyə imkan verməyiblər. İndi onların buraxılmasını gözləyirik”.
Həsən Kərimovun dediyinə görə, dekabrın 9-da onlar partiyanın Sabirabad, Saatlı və İmişli rayon şöbələrinin genişləndirilmiş müşavirəsində iştirak etmək üçün Muğan bölgəsinə səfərə gediblər.
Bir müddət sonra isə AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov facebook səhifəsində özünün və partiya Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının sərbəst buraxıldığını yazıb.
O, təxminən 1 saat şöbədə saxlanıldıqlarını deyib.
Sabirabad polisindən isə idarəyə heç kimin gətirilmədiyi bildirilib.