Britaniya parlamentində İngiltərə-Azərbaycan Cəmiyyətinin tədbiri olub
0
0
Böyük Britaniya parlamentinin Nümayəndələr Palatasının məşhur Çörçil zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik naharı keçirilib.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətin həmsədrləri Lord Freyzer və Nərgiz xanım Paşayeva, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, həmçinin cəmiyyət üzvləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.
Tədbiri açan cəmiyyətin İngiltərədən olan həmsədri Lord Freyzer iştirakçılara qurumun fəaliyyəti, cari il ərzində gördüyü işlər barədə ətraflı məlumat verib. Təşkilatın fəaliyyətini dəstəkləyən ayrı-ayrı fərd və şirkətlərə, o cümlədən Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə minnətdarlığını bildirən Lord Freyzer həmsədri olduğu Cəmiyyətin bundan sonra da iki ölkə arasında mədəni-humanitar əlaqələrin genişləndirilməsi istiqamətində səylərini daha da artıracağını qeyd edib.
Cəmiyyətin Azərbaycandan olan həmsədri, professor Nərgiz Paşayeva qonaqları salamlayaraq, həmsədri olduğu təşkilatın tarixi, keçdiyi inkişaf yolu, həyata keçirdiyi müxtəlif layihələr haqqında ətraflı məlumat verib. 1997-ci ildən fəaliyyət göstərən Cəmiyyətin iki ölkə arasında mövcud olan münasibətlərin inkişaf etməsində əvəzsiz xidmətləri olduğunu bildirən natiq, sözügedən qurumun son illər ərzində daha aktiv fəaliyyət göstərdiyi, ölkəmizdə və həmçinin Böyük Britaniyada bir sıra uğurlu humanitar, sosial, mədəni layihələr həyata keçirdiyini xüsusilə qeyd edib. O, həmçinin Azərbaycan-Britaniya mədəni və humanitar əlaqələrinin inkişafında xüsusi rolu olan Cəmiyyətə həmsədrlik etməkdən və ölkəmizi təbliğ etməkdən qürur duyduğunu bildirib.
Tədbir zamanı səfir F.Qurbanov İngiltərə-Azərbaycan Cəmiyyətinin ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirmiş və onun ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişafına xüsusi töhfə verdiyini qeyd edib. Səfir həmçinin bu dövr ərzində səfirlik və Cəmiyyətin birgə həyata keçirdiyi tədbirlər haqqında iştirakçılara məlumat verərək, ötən il ərzində bir sıra uğurlu layihələrin həyata keçirildiyini qeyd edib. F.Qurbanov səfirliyin Cəmiyyətin bundan sonrakı fəaliyyətinə hərtərəfli dəstək verəcəyini bildirib.
Tədbir çərçivəsində İngiltərə-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Londonda təhsil alan gənc azərbaycanlı skripka ustası Nigar Mirzəyeva dünya musiqi klassiklərindən parçalar ifa edib.