Əli Kərimli IP-nin iclasında nə deyib?-YENİLƏNİB
AXCP yayılan xəbərə bəyanatla cavab verib. Lent.az-ın partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, AXCP sədr Əli Kərimlinin partiyadaşlarını 10 dekabrda keçiriləcək aksiyada polislə qarşıdurmaya çağırmadığını bildirib.
AXCP mətbuat xidməti hakimiyyəti “Əli Kərimlini guya qarşıdurma yaratmaqda ittiham etməklə gündəmi dəyişmək istəməkdə” ittiham edib.
“Aksiyaların getdikcə genişlənməsi də bir yandan hakimiyyətə narahatlıq yaradır. Belə xəbərlərlə aksiyaya gəlmək istəyənləri qorxutmağa çalışırlar” qeyd edilən bəyanatda “biz zorakılığın və qarşıdurmanın qəti əleyhdarıyıq”, - deyə bildirilib.
***
15.41
Dekabrın 7-də Müsavat qərargahında AXCP sədri Əli Kərimli partiyanın Rəyasət Heyətinin üzvləri və rayon təşkilatları sədrləri ilə birgə müşavirə keçirib.
Lent.az-ın “Olaylar” agentliyinə istinadən verdiyi məlumata görə, müşavirədə İctimai Palatanın dekabrın 10-da Milli Məclisin qarşısında keçirməyi planlaşdırdığı aksiyaya AXCP-nin hazırlıq vəziyyəti müzakirə edilib.
Əli Kərimli dekabrın 10-na planlaşdırılan piketin bu il müxalifətin sonuncu aksiyası olduğundan ona ciddi hazırlaşmaq lazım olduğunu söyləyib. O, aksiyanı keçiriləcəyi günün təsadüfi seçilmədiyini, dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunduğu üçün piketin polis tərəfindən dağıdılmasının xaricdə daha böyük rezonansa səbəb olacağını bildirib. Əli Kərimli vurğulayıb ki, buna görə də aksiya iştirakçıları polis əməkdaşları ilə daha çox qarşıdurmaya getməli, polisin qəddar rəftarı ilə bağlı xarici və yerli medianı zəruri faktlarla təmin etməlidirlər.
Müşavirədə o da məlum olub ki, AXCP Milli Məclisin qarşısında keçiriləcək piketə paralel olaraq eyni saatda Fəvvarələr meydanında da etiraz aksiyası təşkil etməyi planlaşdırır.

Oxşar yazılar

Ermənistanın baş qərargah rəisinin işğalda iştirakını sübut edən yeni material tədqiq edildi
23 may 2025 , 21:14
"Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil" - DEPUTAT
23 may 2025 , 11:23
“Daşnaksütyun” bizim üçün qalxan rolunu oynayırdı" - Arayikin məhkəməsində ŞOK ETİRAFLAR
22 may 2025 , 21:24
Bu ölkədə rus casuslarının hazırlanması üçün “fabrik” açılıb – İDDİA
22 may 2025 , 19:08
İki düşmən deputat duelə çıxır
22 may 2025 , 18:06
Ermənilərin məhkəməsində ifşaedici material nümayiş olundu
22 may 2025 , 16:40
David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb - VİDEOFAKT
22 may 2025 , 15:50