ATƏT-in baş katibi: “Tərəfləri münaqişənin həllinə zorla itələyə bilmərik”
0
0
“Biz tərəfləri Dağlıq Qarabağ münaqişəsinin həllinə məcbur edə bilmərik, bunun üçün onların siyasi iradəsi lazımdır”.
APA-nın Dublinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu ATƏT-in baş karibi Lamberto Zanyer ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Qarşılıqlı etimad mühitinin formalaşması və snayperçilərin ön xətdən geri çəkilməsi ilə bağlı suala cavabında baş katib bunları deyib: “Məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, ATƏT-in Minsk qrupu həmsədrlərinin tərəflərlə davamlı əlaqəli şəkildə davam etdirdiyi siyasi nizamlama prosesidir. İkincisi isə, yerdəki vəziyyətdir. İkinci məsələdə həyəcan doğuran məqamlar vardı. Bununla əlaqədar biz bir sıra təkliflər, o cümlədən qarşılıqlı etimad tədbirlərinin görülməsi, snayperçilərin geri çəkilməsi və s. irəli sürdük. Tərəflər müxtəlif səbəblərdən bu təklifləri qəbul etməyə çətinlik çəkirdi. Biz isə onları münaqişənin həllinə zorla itələyə bilmərik. Bunun üçün tərəflərin siyasi iradəsi lazımdır”.