Millət vəkillərimiz Dərviş Əroğlu ilə görüşüblər - FOTO
0
0
Millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı Şimal Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu ilə görüşüblər. Lent.az-ın verdiyi məlumata görə, millət vəkilləri görüşdə dost, qardaş Azərbaycanın ŞKTC -nin uğurlarına hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü, Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildiriblər.
Azərbaycanla ŞKTC arasında əlaqələrin və əməkdaşlığın artmasının sevindirici bir hadisə olduğunu, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandıqlarını söyləyən millət vəkilləri qeyd ediblər ki, ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il surətlə artmasının müsbət hadisədir. Görüşdə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizə və Kipr problem ilə bağlı geniş müzakirə aparılıb.