Elman Abdullayev: “Biz o mifi dağıdırıq...” - MÜSAHİBƏ - FOTO
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərin ən çox ünsiyyətdə olduğu rəsmilərdən biridir. Bəs o, bu işindən nə dərəcədə zövq alır, jurnalistlərimizin peşəkarlığı barədə nə düşünür? Elman Abdullayev Lent.az-a bu müsahibəsində xarici siyasətlə bağlı məsələlərlə bərabər bu sualları da cavablandırdı, jurnalistlərlə bağlı bir vəd də verdi...
- Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə rəhbərlik etmək asan, yoxsa çətindir?
- Artıq 14-cü ildir ki, Xarici İşlər Nazirliyi sistemində çalışıram. Hazırda məşğul olduğum iş isə maraqlı və məzmunlu, o cümlədən karyeramda önəmli bir məqamdır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə rəhbərlik etmək kifayət qədər çətin, eyni zamanda maraqlıdır. Bu maraq işin gərginliyini azaldır və asanlaşdırır. Mənim jurnalistlərlə çox gözəl işgüzar münasibətlərim alınır. Təbii ki, jurnalistlərin suallarını cavablandırarkən obyektiv səbəblərdən onları yüz faiz qane edə bilmirəm, bu, mümkün də deyil. Bununla belə, əksər halda bir-birimizi başa düşürük və buna uyğun hərəkət edirik. Gündəlik strategiyamda belə fikirləşirəm ki, nə edim ki, bu gün XİN-in mesajı doğru və konkret şəkildə mediamıza çatdırılsın. Bunun üçün yollar axtarıram. Düşünürəm ki, brifinq keçirək, Twitter, “Youtube” kanalını təşkil edək və yaxud xəbəri e-mail vasitəsilə ilə göndərək. Çalışıram ki, xəbərin ötürülməsini maksimum asanlaşdırım. Məqsədim odur ki, jurnalistlərin sualları kütləvi şəkildə cavablandırılsın. Digər tərəfdən, regiondakı digər ölkələrdən fərqli olaraq, Azərbaycanda media sahəsi sürətlə inkişaf edir. Azərbaycanda mediada dərc edilən materialların sayı və həcmi digər qonşu ölkələrlə müqayisə olunmazdır, artım tempi olduqca yüksəkdir, media qurumlarının sayı günbəgün artır. Mən digər ölkələrin mediasını da oxuyuram, xüsusən qonşu ölkələrin mediası ilə tanışam. Amma Azərbaycandakı medianın artım tempi ətrafımızda müşahidə olunmur. Demək olar ki, hər gün mənə hansısa bir jurnalist zəng edir, heç bir zaman haqqında eşitmədiyim yeni portaldan, qəzetdən olduğunu söyləyir. Günbəgün yeni bir portal, yeni bir qəzet açılır. Azərbaycan mediası kimi şəffaf media ətrafımızda yoxdur. Belə bir ab-havada mətbuat katibi işləmək məsuliyyətlidir.
- Ancaq gündəlik təmasda olmalarına baxmayaraq, jurnalistlərin çoxu Elman Abdullayevin diplomatiya sahəsinə necə gəldiyi, ailəsində bu vaxta qədər diplomat olub-olmadığı barədə məlumatsızdır. Müsahibəmizdə bu barədə də danışmağınızı istərdik.
- Ailəmizdə diplomat olmayıb, mən bu sahədə çalışan ilk şəxsəm.
- Bu peşəni özünüz seçmisiniz?
- Bəli. Atam hüquqşünas olmağımı istəyib, amma mən seçimimi fərdi şəkildə etmişəm. Çünki hər zaman tarixdə ölkələr arasında baş verən hadisələrlə, münasibətlərlə maraqlanmışam. Məni həmişə regional mübahisələr, xüsusən Avropada yüz illərlə davam edən mübahisələr maraqlandırıb. Gəncədə orta məktəbdə təhsil almışam. Ali təhsilə gəlincə, Qahirə Dövlət Universitetində 5 il siyasi elmlər fakültəsində oxuyub, sonra bir müddət Xarici İşlər Nazirliyində çalışmışam. Sonra da Kaliforniya Dövlət Universitetində magistr təhsili almışam.
- ABŞ mətbuatı ilə tanışsınız, Azərbaycan jurnalistləri ilə də təmasdasınız. Jurnalistlərimizin peşəkarlıq səviyyəsi sizi qane edirmi?
- Bu vəzifədə çalışmağa başlayandan artıq jurnalistlərə həmişə “həmkarlarım” deyirəm. Baxmayaraq ki, uzun müddətdir ki, diplomatiya sahəsindəyəm, özümü həm də onlardan biri hesab edirəm. Çox vaxt diplomat həmkarlarımla danışanda jurnalistlərimizi müdafiə edirəm. Çünki həmişə diplomatlar deyirlər ki, jurnalistlər çətin, mürəkkəb suallar verirlər və mütləq cavab tələb edirlər. Mən isə onlara deyirəm ki, gərək jurnalistləri də başa düşəsiniz, jurnalist də maraqlı yazı yazmaq üçün mövzunun dərinliklərini açmaq istəyir.
Təbii ki, Azərbaycanda jurnalistikada peşəkarlıqda müəyyən problemlər mövcuddur. Bunu deməsək, iltifat alınar. Həqiqəti demək lazımdır. Ancaq onu da vurğulamaq lazımdır ki, medianın inkişafı ilə bərabər jurnalistikamız da inkişaf edir, peşəkarlıq artır. Belə bir ab-havada jurnalistin inkişaf etməsi təbii prosesdir. Jurnalistlərimizin xarici kurslarda, treninqlərdə iştirakı, beynəlxalq təcrübəni öyrənməsi vacibdir və labüddür.
- Diplomatiyanın, xarici siyasətin spesifik sahə olduğunu nəzərə alsaq, Xarici İşlər Nazirliyi bu sahədə çalışan jurnalistlərin peşəkarlığının yüksəldilməsi istiqamətində hansı işlər görür, yaxud görməyi nəzərdə tutur?
- Əvvəllər Xarici İşlər Nazirliyi jurnalistlərin Avropa ölkələrinə səfərlərini təşkil edib. Jurnalistlər Xarici İşlər Nazirliyinin xətti ilə müxtəlif proqramlarla xarici ölkələrə gediblər. Hesab edirəm ki, bu, kifayət deyil. Jurnalistlərin peşəkarlığının artırılması istiqamətində bir sıra fikirlər mövcuddur. Diplomatik Akademiyamız fəaliyyət göstərir. Düşünürəm ki, jurnalistlərin peşəkarlığının artırılması üçün Diplomatik Akademiyada böyük potensial mövcuddur. Bu məqsədlə kurslar təşkil edilə, dünyadakı böyük media holdinqlərində çalışan məşhur jurnalistlər Azərbaycana dəvət olunaraq, yerli jurnalistlərlə görüşləri təşkil edilə bilər. Yaxud media-kommunikasiya sahəsində peşəkarlar tərəfindən kurslar təşkil olunması mümkündür. Ən əsası odur ki, jurnalistlərimizin inkişafa meyllidirlər. Bu gün Azərbaycanda çoxlu sayda jurnalist görürəm ki, xarici dil öyrənməyə, xaricdə təşkil edilən kurslarda iştirak etməyə can atır. Eyni zamanda xarici jurnalistlərlə təcrübə mübadiləsi aparmağa çalışırlar. Həqiqətən Azərbaycan jurnalisti özünü beynəlxalq standartlara yüksəltməyə cəhd göstərir. Təbii ki, bu məsələdə biz onlara kömək etməliyik. Bütün jurnalistlər üçün imkan olmasa da, jurnalistlərin bir qismi üçün müəyyən proqramların həyata keçirilməsi üzərində düşünəcəyik.
- İndi isə tək jurnalistikamızın və diplomatiyamızın deyil, bütövlükdə cəmiyyətimizin böyük dərdi olan Qarabağ probleminə gələk. Ümumiyyətlə, bu münaqişənin diplomatik yola həlli potensialı varmı?
- Var. Birincisi, biz diplomatik addımlardan, diplomatik istəkdən və diplomatik səylərdən danışırıqsa, bu, qarşılıqlı olmalıdır. Bizi bu gün narahat edən məqam rəsmi İrəvanda siyasi iradənin olmamasıdır. Azərbaycan dövləti bununla bağlı müxtəlif mesajlar verir. Ən önəmli mesaj ondan ibarətdir ki, biz regiona daxil olan ölkələr regionun gələcəyi haqqında düşünməliyik, regionun böyük gələcəyi var. Azərbaycan dövlətinin regionun gələcəyini düşündüyünü isbatlayan regional enerji, nəqliyyat layihələri, region ölkələrinə yatırdığı böyük həcmli investisiyalardır. Azərbaycan nə qədər enerji və nəqliyyat marşrutları açıb, Türkiyə və Gürcüstana investisiyalar yatırıb! Azərbaycan bu məsələlərdə özü təşəbbüskar olub. Azərbaycanın da Ermənistana mesajı budur ki, rəsmi İrəvan təkcə öz siyasi ambisiyalarının ödənilməsi haqqında düşünməsin. Çünki biz ilk növbədə ölkələr, dövlətlər olaraq xalqlarımızın rifahını düşünməliyik. Nəzərə almalıyıq ki, torpaqları götürüb hansısa xarici planetə qaçmayacağıq, qaça da bilmərik. Qonşu ölkələrik və istəsək də, istəməsək də regionun inkişafı üçün birgə çalışmalıyıq. Məsələn, bu gün problem nədir? Azərbaycanın regionun inkişafı istiqamətində bu qədər səyinin qarşısında Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi son nəticədə regionun bütöv şəkildə inkişafına mane olur. Təəssüf doğurur ki, rəsmi İrəvan millətçi diaspora dairələrinin, xarici dairələrin məhbusuna çevrilib və Azərbaycan kimi müstəqil qərar qəbul etməyi bacarmır. 1 milyondan çox azərbaycanlı dədə-baba torpaqlarından qovulub, bu, humanitar fəlakətdir. İkinci tərəfdən, rəsmi Yerevan öz dar düşüncəli və işğalçılıq siyasəti ilə elə ermənilərin özünün də yaşayışını dözülməz edib. Bu da bu gün Ermənistanda demoqrafik böhran yaşanmasına səbəb olub, insanlar ölkəni kütləvi şəkildə tərk edirlər. Rəsmi İrəvan Azərbaycanın işğal edilmiş torpaqlarında qeyri-qanuni məskunlaşma aparmağa çalışır. Rəsmi İrəvan dərk etməlidir ki, hər bir xalqın, dövlətin inkişafının əsasında iqtisadi potensial, insanların rifahının təmin edilməsi durur. Müxtəlif dairələrin məhbusuna çevrilməsi rəsmi İrəvanın əlindən müstəqil qərar vermə qabiliyyətini, mexanizmlərini alıb. Ümumiyyətlə, Ermənistanın iqtisadiyyatı da müxtəlif xarici dairələrin nəzarəti altına düşüb.
Mən Los-Ancelsdə 4 il yaşadım, millətçi ermənilərin düşüncə tərzlərini gördüm. İllərlə müşahidədən sonra belə qənaət yaranır ki, münaqişənin həll olunmaması onların siyasi gündəliyini daha da zənginləşdirir, onları siyasi baxımdan daha da canlı saxlayır. O ermənilər özləri bir gün də gəlib regionda yaşamayıblar, elə onlar erməni xalqının ən böyük düşmənləridir. Çünki kasıb ermənilərin dilini başa düşmür, başa düşmək istəmirlər. Vəsait toplama kampaniyaları keçirirlər, guya bu vəsait erməni xalqına gedir. O vəsaitin 90 faizi elə orada yerindəcə həmin o erməni daşnakları tərəfindən mənimsənilir. Maaşlarına, apardıqları kampaniyalarına, siyasətçilərin pulla alınmasına sərf olunur. Xaricdəki ermənilərdən vəsaiti yığırlar ki, xərcləsinlər.
Erməni diasporu Azərbaycana qarşı basqı təşkil etməklə, yalan məlumatlar yaymaqla, hansısa siyasi dairələri öz alətlərinə çevirməklə, Azərbaycanın tarixi və mədəniyyətinə dair məlumatları saxtalaşdırmağa çalışmaqla, Azərbaycan tərəfi üçün də məlumatların və həqiqətlərin yayılmasına imkanlar yaradırlar. Bu, son nəticədə “erməni günahsızlığı”, “erməni soyqırımı” mifinin dağıdılmasına səbəb olur. Bunun kökündə erməni diasporunun Azərbaycanla bağlı nifrət dolu fəaliyyəti, dövrü mətbuatdakı yazıları durur. Bu, heç nəyə xidmət etmir. Təbii ki, nifrət dolu fəaliyyətin, yazıların qarşısı alınacaq, Azərbaycan tərəfi öz həqiqətlərini çatdırmağa çalışacaq. Beləliklə, Azərbaycan tərəfinə həqiqətlərini dünya ictimaiyyətinə çatdırması üçün daha uyğun şərait yaradırlar. Biz günbəgün erməni diasporunun məğlubedilməzlik mifini dağıdırıq. Biz o mifi güclü Azərbaycan dövlətçiliyi ilə dağıdırıq. Çünki dünyada ölkələr arasındakı münasibətlər diasporlarla tənzimlənmir. Dövlətlər arasındakı münasibətlər güclü dövlətçilik meyarları ilə tənzimlənir. Hər bir ölkə güclü dövlət olmağa çalışır, çünki güclü dövlətlər nüfuzlu olur, ona hörmətlə yanaşırlar, maraqları nəzərə alınır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, digər nüfuzlu beynəlxalq qurumların üzvü olması, humanitar sahədə böyük rol olması ölkəmizin hər gün artan gücü ilə bağlıdır. Azərbaycan çoxlu sayda beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib. Artıq bir neçə ölkədə Xocalı soyqırımı ilə bağlı qərar qəbul olunub. Əgər Azərbaycan dövləti bunları etmək iqtidarındadırsa, bu, o deməkdir ki, biz güclü erməni diasporu mifini də dağıtmaq iqtidarındayıq. Erməni diasporu sırf ultra-millətçi dairələrdən ibarət toplumdur və bu insanlar sırf siyasi gündəliklərini doldurmağa məşğuldurlar, bunu artıq biznesə çeviriblər. Yuxarıda da qeyd etdim, guya işğal olunmuş ərazilərdə hansısa yolun bərpası adı altında vəsait toplama kampaniyası keçirirlər, amma əslində bu vəsait onların hansısa siyasi kampaniyalarına, yaxud öz ciblərinə gedir. Rəsmi İrəvan da artıq bunları nəzərə almalıdır, çünki rəsmi İrəvanın missiyası öz xalqına xidmət etməkdir. Rəsmi İrəvan xalqına xidmət edə bilmirsə, hansısa dairələrin təsiri altındadırsa, bu, rəsmi İrəvanın nə dərəcədə zəif və qeyri-stabil olduğunu göstərir.
- Yeri gəlmişkən, Azərbaycan xarici siyasətdə, erməni yalanları ilə mübarizədə Türkiyə ilə fəaliyyətini nə dərəcədə koordinasiya edə bilir?
- Birincisi, Türkiyə Respublikası Azərbaycanla bağlı məsələlərdə həmişə həssas olub. Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı hansısa məsələ qaldırılan zaman Türkiyənin reaksiyası heç bir zaman gecikməyib. Türkiyə həmişə Azərbaycana ilk dəstək verən və Azərbaycanın yanında olan ölkələrdən biridir. Biz bir çox tədbirdə Türkiyə ilə əlaqələndirilmiş şəkildə birgə addımlar atmışıq. Türkiyə və Azərbaycan nəinki strateji müttəfiqdir, strateji müttəfiqlikdən də xeyli yaxın dostluq, qardaşlıq münasibətlərinə malikdir. Dövlətlər arasında qardaşlıq münasibətləri bir milli maraqdan çıxış etməkdir. Azərbaycanın da Türkiyəyə yanaşması hər zaman belə olub, Türkiyənin problemlərinə biz öz problemlərimiz kimi yanaşmışıq, hər zaman Türkiyənin milli maraqlarına uyğun addım atmağa çalışmışıq.
- Türkiyə ilə bağlı sual verməkdə məqsədim vardı. Türkiyənin Azərbaycanı necə müdafiə etdiyi göz önündədir, ancaq on milyonlarla etnik azərbaycanlıların yaşadığı İran tamamilə əks siyasət yürüdüb və yürütməkdədir. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan müharibə dövründə Mehri ilə İran arasındakı keçid məntəqəsinin “həyat yolu” olduğunu söyləmişdi. Bu gün də İran işğalçı Ermənistanı yanacaq və ərzaqla təchiz edir, eyni zamanda dünyaya çıxış qapısı rolunu oynayır. Axı Qarabağda da müsəlman azərbaycanlılar yaşayıb! Niyə İranın Qarabağ məsələsində Türkiyə kimi mövqe sərgiləməsinə, bu məsələdə müttəfiq olmağa nail ola bilmirik?
- Azərbaycanın İranla bağlı mövqeyi aydın və konkretdir. Azərbaycan heç vaxt İranın ərazi bütövlüyü və suverenliyini şübhə altında qoymayıb. Biz heç bir zaman da İrana nəyisə etməsi, nəyisə etməməsini deməyə çalışmamışıq. Həmişə rəsmi Tehranın müstəqil qərar qəbul etməsinə hörmətlə yanaşmışıq. Həmişə bəyan etmişik ki, İranın milli maraqlarına yönəlik hansısa bir prosesdə iştirak etmək istəmirik, bunun bir hissəsi olmayacağıq. Bir müddət öncə məqalələr işıq üzü görmüşdü ki, guya Azərbaycandan İrana qarşı istifadə oluna bilər. Xarici İşlər Nazirliyi Azərbaycanın mövqeyinin nə dərəcədə aydın olduğunu bir daha ortaya qoydu. Heç bir üçüncü tərəf Azərbaycanı İrana qarşı istifadə edə bilməz. Azərbaycan dövləti buna yol verməz. Təbii ki, İranla bağlı hissiyyatlarımız və gözləntilərimiz eynidir. Burada söhbət iki müstəqil və suveren ölkə arasındakı münasibətlərdən gedir. İran tərəfi də öz bəyanatlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini dəfələrlə vurğulayıb. O ki qaldı bir millət olaraq azərbaycanlılara, bu, danılmaz bir faktdır ki, İranda milyonlarla azərbaycanlı yaşayır. Düzdür, burada müxtəlif statistika mövcuddur, bəziləri 25, bəziləri 30, bəziləri də 35 milyon azərbaycanlının bu ölkədə yaşadığını söyləyir. Soydaşlarımız həm İranda, həm ABŞ-da, həm Avropada yaşayırlar, onlar digər ölkələrin vətəndaşları olsalar da, azərbaycanlıdırlar.
Təbii ki, əgər biz müsəlman həmrəyliyindən danışırıqsa, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanın haqq işinə göstərilən dəstəkdən, haqqın və ədalətin bərpasından danışırıqsa, islam həmrəyliyi baxımından İran tərəfindən də bu cür aydın bəyanatlar verilməli və dəstək nümayiş etdirilməlidir. İşğal olunmuş ərazilərimizdə rəsmi İrəvan tərəfindən Azərbaycanın müsəlman irsinə, islam mədəniyyətinə, ümumiyyətlə, ərazilərimizdə islam mədəniyyətinə qarşı nəinki hörmətsizlik nümayiş etdirilib, islam abidələrimiz, irsimiz məhv edilib. Məscidlər necə dağıdılıb, məscidlərdə nələr saxlanılıb, yerli Azərbaycan əhalisinin məzarlıqlar necə dağıdılıb, islam abidələri üzərində hansı vəhşiliklər həyata keçirilib?! Bunlar məlumdur. Elə qədim Azərbaycan torpaqları olmuş hazırkı Ermənistan ərazilərində islam abidələrinə münasibət necə olub? Tarixin böyük hissəsində İrəvanın əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edib. İrəvan, Qarabağ xanlıqlarını unutmaq olmaz. Zəngəzurda yaşayanlar da azərbaycanlılar olub. Biz burada İslam irsindən, məbədlərindən danışırıq, onların mütləq əksəriyyəti darmadağın olunub. Hesab edirəm ki, bu gün İran tərəfindən bununla bağlı daha sərt mesajlar verilə, İranın daha sərt səsi ucaldıla bilərdi? Əgər biz eyni dinə mənsubuqsa, təbii ki, Azərbaycanın dini abidələri elə İranın da mənsub olduğu dinin abidələridir. İran bununla bağlı daha sərt mövqe ortaya qoya bilərdi. Yaxud Xocalıda azərbaycanlılara qarşı vəhşiliklər törədildi. Mən bu yaxınlarda mətbuatda oxudum ki, İranın Rusiyadakı səfirinə Ermənistan-Azərbaycan münaqişəsi barədə sual verilib. İranlı səfir bu münaqişə barədə xəbəri olmadığını söyləyib. Bu mənə inandırıcı gəlmir.
- Tarixi abidələrimizin ermənilər tərəfindən dağıdılması problemindən danışırıq, ancaq o da təəssüf doğurur ki, ermənilər guya abidələrinin Azərbaycan tərəfindən dağıdılması barədə dünyada təbliğat aparırlar. Hətta ABŞ-ın Azərbaycandakı səfiri Naxçıvana gedib erməni abidələri ilə maraqlanır, səfirlik Morniqstarın o yerlərə buraxılmadığı barədə bəyanat yayır.
- Birincisi, mətbuatda belə məlumat yayılıb ki, guya ABŞ səfirini ora buraxmayıblar. Bu, həqiqətə uyğun deyil. Yollar təmir olunduğundan ABŞ səfirinə Culfaya qatarla səfər etmək təklif olunub. ABŞ səfiri də qatarla getməkdən imtina edib, özü qatarla getmək istəməyib. Ermənilər tərəfindən həqiqətlərin təhrif olunmasına gəldikdə, bu gün Azərbaycan informasiya savaşındadır. İnformasiya savaşı Azərbaycan dövləti ilə yanaşı, dünyada yaşayan bütün azərbaycanlıların savaşıdır. Hər bir azərbaycanlı, istər Azərbaycan vətəndaşı, istər başqa ölkənin vətəndaşı olaraq, ölkəmiz, millətimiz, tariximiz, mədəniyyətimizlə bağlı həqiqətləri dünyaya çatdırmaq hər birimizin mənəvi borcudur. Bu, Vətənimiz qarşısında olan borcumuzdur. Avropada, Amerikada, Asiyada, Avstraliyada yaşamalarından asılı olmayaraq, azərbaycanlıları bir-birinə bağlayan Azərbaycan Respublikasıdır, Azərbaycançılıq ideyasıdır. Bütün imkanlardan istifadə edib həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Bəzi insanlar düşünür ki, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması tək nazirliyin, Səfirliyin və ya müəyyən təşkilatların işidir. Xeyr, bu, belə deyil. Yalnız o halda həqiqətlərimiz tam şəkildə dünyaya çatdırılacaq ki, hamımız bu istiqamətdə səylərimizi səfərbər edəcəyik.
- Xarici siyasətdə diaspor amili xüsusi yer tutur. Azərbaycanda diasporla bağlı müvafiq Dövlət Komitəsi fəaliyyət göstərir, eyni zamanda Xarici İşlər Nazirliyi də xarici siyasətdə bu amildən yararlanmalıdır. Hədəf isə birdir. Bəs diaspor sahəsində fəaliyyət necə koordinasiya edilir, yaxud bu sahədə dövlət qurumları birgə hərəkət edə bilirlərmi? Yeri gəlmişkən, Dünya Azərbaycanlılarının Qurultaylarının birində dövlət başçısı da bu istiqamətdəki problemin aradan qaldırılmasının zəruri olduğunu vurğulamışdı.
- Doğru qeyd etdiniz ki, hədəfimiz birdir. Bu hədəf həqiqətlərimizi dünyaya çatdırmaq, ölkəmizi, mədəniyyətimizi tanıtdırmaqdır. Bu, həm diplomatik kanallarla, həm də qeyri-diplomatik kanallarla həyata keçirilə bilər. Diaspor fəaliyyəti ictimai diplomatiya deməkdir. İctimai diplomatiyanın da fəal şəkildə aparılması üçün əlaqələndirmə olmalıdır. Bəli, bəzi ölkələrdə elə hallar olur ki, əlaqələndirilmə ilə bağlı problemlər yaşanır. Məsələn, hansısa tədbirin birgə keçirilməsində əlaqələndirmə olmur. Amma bu məsələ tədricən öz həllini tapır. Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və o ölkələrdəki diaspor təşkilatları arasında əməkdaşlıq və əlaqələndirmə getdikcə gücləndirilir.
Tutaq ki, hansısa mədəni bir tədbir keçirilir, burada səylər müştərək ola bilər. Tədbir diaspor təşkilatı, yaxud səfirlik tərəfindən keçirilə bilər. Səfirliyin təşkil etdiyi simpoziuma, konfransa diaspor nümayəndələrimiz gələ, çıxış da edə bilər. Yaxud diasporun keçirdiyi tədbirə səfirlik o ölkədəki diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələrini dəvət edə bilər. Diaspor üzvlərimiz əsasən, o ölkələrin vətəndaşlarıdır.
Bu gün hamımız dərk edirik ki, hədəfimiz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır.
- Bu sualım isə sadəlövh də sayıla bilər, ancaq çox insanın ürəyindən keçən bir sualdır. Bütün bu işlər Qarabağ münaqişəsinin həllinə yönəlib. Bu görülən işlərin son nəticəsi olaraq şəxsən siz yaxın illərdə, yaxud 10 ildə Qarabağ münaqişəsinin həllini gözləyirsinizm?
- Mən münaqişənin həlli problemli barədə öncə danışdım. Bu məsələ təbii ki, mürəkkəbdir, asan deyil. Söhbət sonda rəsmi İrəvanın iradəsinə gəlib çıxır. Azərbaycan tərəfi münaqişənin tezliklə həllində maraqlı olduğu və regionun inkişafına çalışdığı kimi Ermənistan tərəfində də bu cür istək və meyllilik olmalıdır. Qeyd etdiyim kimi, ən başlıca problemlərdən biri də rəsmi Yerevanın öz qərarlarında müstəqil olmamasıdır. Ermənistan rəhbərliyinin digər ən böyük problemi bu günlə yaşayaraq, sabah haqqında düşünməməkdir.
- Deməli, Ermənistan rəhbərliyi sabah barədə düşünsə, bu problem həll olunacaq.
- Təbii ki, burada digər amillər də mövcuddur. Ermənistan Azərbaycan münaqişəsinin indiyə qədər həllinin tapılmaması Ermənistanın qeyri-stabil bir ölkə olması ilə bağlıdır. Təbii ki, Azərbaycan əlindən gələni edir. Azərbaycan status-kvonun dəyişdirilməsində ən maraqlı tərəfdir, bütün gücü və vasitələrlə irəli getməyə çalışır. Bu məsələdə beynəlxalq ictimaiyyətin ikili standartları da münaqişənin həlli prosesinə az zərbə vurmur. Gərək ATƏT-in Minsk Qrupunun həmsədrləri də daxil olmaqla, beynəlxalq ictimaiyyət daha nəticəyönlü yanaşma ortaya qoysun, açıq mesajlar verməkdən və faktı – işğalı fakt kimi göstərməkdən çəkinməsin. Dünya ictimaiyyəti rəsmi İrəvana açıq mesaj veribdir, o işğalçı ölkədir və bu siyasətindən əl çəkməlidir.
Ermənistanda daxili demoqrafik problemdən danışarkən bir məsələni də xüsusi qeyd etmək lazımdır. Ermənistan rəhbərliyi öz xalqı üçün o qədər acınacaqlı vəziyyət yaradıb ki, ermənilər artıq bu ölkədən necə qaçmaq barədə düşünürlər. Rəsmi İrəvan da ölkədə insanların sayının azalmasından istifadə edərək ölkədə mono yanaşma və çirkli planlarının həyata keçməsinə mane olmayan bir mühit yaratmağa çalışır. O mühit ki, orada onlara artıq heç kim heç nə deməyəcək, Ermənistan rəhbərliyi aldığı sifarişləri yerinə yetirəcək. Belə olmaz. Bu regionun gələcəyi üçün olduqca böyük bir zərbədir. Ermənistan özü isə bataqlığa gedir. Mən deyərdim ki, Ermənistan artıq bataqlığın içərisindədir. Azərbaycan potensialını münaqişənin həllinə yönəltməklə elə Ermənistanı da bataqlıqdan çıxarmaq istəyir. Amma rəsmi İrəvan hələ bataqlıqdan çıxmaq istəmir, çünki sabah haqqında anlayışı yoxdur. Ermənistan sabah haqqında düşünmək istəsə, Azərbaycana əl uzadıb bu bataqlıqdan çıxar. Azərbaycan bu istiqamətdə çox səylər göstərib. Azərbaycan ilk olaraq sülh sazişinin imzalanmasını təklif etdi. Sülh sazişinin imzalanmasından sonra bütün bəndlər üzərində işləməyə başlayaq. Bununla bağlı Ermənistan tərəfindən hələ də müsbət reaksiya gəlmir.
Ümumiyyətlə, işğalçılıq, etnik təmizləmə siyasəti nəyə gətirib çıxardı, Ermənistan nə qazandı?! İşğal altındakı ərazilər talan olundu və məhv edildi. Bu ərazilərdə heç kim yaşamır, orada yalnız Ermənistan silahlı qüvvələrinin əsgərləri var. Erməni diasporu təbliğat maşınını işə salaraq, guya hansısa abadlıq işləri aparılır, layihələr həyata keçirilir. Bu yalandır. Ermənistan istəsə belə, o ərazilərdə heç bir layihə həyata keçirə bilməz, buna onun nə potensialı, nə də gücü var.
- Bu müsahibəmizdən də belə qənaət hasil olur ki, iş rejiminiz də kifayət qədər gərgindir. Bu gərgin iş rejimi ailə həyatı üçün nə dərəcədə məqbuldur? İş rejiminiz hər gün saat neçədə başlayır, neçədə qurtarır, ailəyə necə vaxt ayırırsınız?
- İş rejimi təbii ki, gərgindir. Deyərdim ki, günün 90 faizi işə, 10 faizi ailəyə ayrılır. Bölgü belədir. Azərbaycan xarici siyasəti çox zəngin, çoxsahəli bir sahədir, bir çox məsələ, problem var. Həm də son illər Azərbaycan xarici siyasətdə dinamik bir fazaya, mərhələyə keçib. Bu, sadə bir vətəndaş tərəfindən də müşahidə olunur. Nüfuzlu beynəlxalq təşkilatlara qəbul olunmağımız, müxtəlif ölkələrlə yeni münasibətlər yaratmağımız, səfirliklərimizin sayının artması göstərir ki, bu sahədə iş ağırdır.
Təbii ki, ailəyə də müəyyən bir vaxt ayrılmalıdır. Ancaq ailəyə çox az vaxt ayrılır, istəsəm də çox vaxt ayıra bilmərəm. İş saatı çox vaxt səhər 9-dan axşam 9-a qədər davam edir. Bu dövrdə yaşayan azərbaycanlılar Azərbaycanın tarixi anlarını, Azərbaycan dövlətçiliyinin quruculuğu və güclənməsi mərhələsini yaşayırlar. Bəlkə də biz neçə illərdən sonra Qərbi Avropa ölkələrindəki kimi bir fazaya keçəcəyik və o faza ilə də gedəcəyik. Bu gün Azərbaycan dövləti mövcud inkişaf səviyyəsi ilə qane olmayaraq, daha da qabağa getməkdədir və biz bunun şahidi olur, o prosesi yaşayırıq. Azərbaycan intibah dövrünü, zirvələrə ucalma dövrünü yaşayır. İstəyirik ki, bir vətəndaş olaraq bu inkişafa hansısa töhfəmizi verək.
- Həyat yoldaşınız da artıq bu gərgin iş rejiminə öyrənib?
- Bəli. Biz artıq ailəvi bu iş rejiminə alışqanıq.
- Mobil telefonunuzu söndürmürsünüz ki?
- Yox. Telefonum gecə yatanda da açıq olur...
Ramiz Mikayıloğlu

2110