Səhlab Bağırov: “Milli Məclisin qarşısında aksiyaya imkan verilməyəcək”
07 dekabr 2012 13:20 (UTC +04:00)

Səhlab Bağırov: “Milli Məclisin qarşısında aksiyaya imkan verilməyəcək”

0
Bakı polisi İctimai Palatanın Milli Məclisin qarşısında razılaşdırılmamış aksiya keçirməsinə imkan verməyəcək. Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov bildirib.


S. Bağırov qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: “Biz lazımı tədbirlərimizi görəcəyik. Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, qarşısı alınacaq”.


Qeyd edək ki, İctimai Palata dekabrın 10-da saat 12.00-da Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın müraciətinə mənfi cavab verib. İctimai Palata isə parlamentin qarşısında aksiya keçirməkdə israrlı olduqlarını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2593

Oxşar yazılar