“Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır”
06 dekabr 2012 20:25 (UTC +04:00)

“Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən çıxmalıdır”

0
“Avropa getdikcə artan enerji ehtiyaclarını Xəzər hövzəsindən təmin etmək üçün real imkanlara malikdir. Amma bunun üçün ilk növbədə bölgədəki münaqişələr öz həllini tapmalıdır. Hazırda isə Cənubi Qafqazdakı üç respublikadan ikisinin torpaqları işğal altındadır”. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu fikirləri Türkiyədə keçirilən Beynəlxalq Xəzər Forumundakı çıxışında Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

E. Aslanov bildirib ki, Ermənistan beynəlxalq hüquq qaydalarını saymayaraq Azərbaycan torpaqlarını işğal edib: “İndi isə beynəlxalq hüquq normalarına riayət edərək, Azərbaycan ərazilərindən çıxmalıdır. İşğal nəticəsində yurd-yuvalarından didərgin düşən bir milyona yaxın vətəndaş öz evlərinə qayıtmalıdır. Bu da Qafqazda sülhün bərqərar olunmasında, enerji ehtiyatlarının daha təhlükəsiz şəraitdə daşınmasında önəmli rol oynayacaq. Azərbaycan ərazilərinin işğalı faktı ilə heç zaman barışmayacaq”.

PA rəsmisi bildirib ki, Azərbaycan Qafqazda sülhün təmin olunması üçün Gürcüstanla əməkdaşlığı gücləndirməyə önəm verir: “Azərbaycan artıq Gürcüstan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırıb. Yaxın gələcəkdə 20 milyard kubmetr Azərbaycan qazı Gürcüstandan keçməklə Türkiyə üzərindən Avropaya çıxarılacaq. Gürcüstan və Ukraynanın iqtisadiyyatında Azərbaycan sərmayəsi önəmli yer tutacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1199

Oxşar yazılar