Elmar Məmmədyarov: “Ermənistan ATƏT-in Nizamnaməsini pozur”
0
0
“Dağlıq Qarabağ münaqişəsi yenə də beynəlxalq təhlükəsizlik üçün ciddi təhdiddir. Ermənistan ATƏT-in Nizamnaməsini pozaraq status-kvonu möhkəmlədir, Azərbaycanın işğal altında olan ərazilərinə nəzarəti saxlamaq üçün güc tətbiq edir”.
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT XİN Şurasının 19-cu iclasında çıxışı zamanı deyib.
Nazir çıxışında ATƏT məkanında təhlükəsizlik və mövcud münaqişələrin həlli məsələlərinə də toxunub. Elmar Məmmədyarov bildirib ki, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycan mədəniyyətinə dair dağıdılmamış abidə qalmayıb.
XİN başçısı Ermənistanın Xocalı aeroportundan uçuşlara başlamaq cəhdindən narahatlıq ifadə edib və bildirib ki, bu aeroportun açılışı regionda vəziyyəti daha da gərginləşdirəcək.