Fuad Ələsgərov antikorrupsiya tədbirlərindən danışdı
0
0
“Azərbaycanda korrupsiyaya qarşı mübarizə davamlı olaraq həyata keçirilir. Son dövrlər həyata keçirilən mühüm tədbirlərdən biri prezidentin sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planının və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsidir”. Lent.az-ın məlumatına görə, bunu AzərTAc-a müsahibəsində Prezident Adminstrasiyasının şöbə müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov bildirib.
“Transparency İnternational” təşkilatının açıqladığı 2012-ci il üçün Korrupsiyanı Qavrama İndeksininə münasibət bildirən F. Ələsgərov bildirib ki,
bu indeksə münasibət dünyanın heç bir ölkəsində birmənalı deyil və nisbi qəbul edilməlidir: “Çünki nəticələr əsasən sorğular əsasında əldə edilir və subyektivdir. Son 3 ildə bu indeksin tərtib edilmə metodologiyası 2 dəfə dəyişir. Bu baxımdan bu indeks heç bir halda mövcud vəziyyət kimi qəbul edilə bilməz. Baxmayaraq ki, Azərbaycan bu indeksdə 4 pillə irəliləmişdir, ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar fonunda Azərbaycanın indeksdəki yeri layiqli deyil və reallıqdan çox uzaqdır. Ölkəmiz son illər korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələrdə irəliləməkdə davam edir”.