Zakir Qaralov daha 3 rayona prokuror təyin etdi
06 dekabr 2012 11:32 (UTC +04:00)

Zakir Qaralov daha 3 rayona prokuror təyin etdi

0
Baş prokuror cənab Zakir Qaralov daha 3 rayona yeni prokuror təyin edib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Pənah Abbasov və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mövlud Osmanov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq İmişli və Oğuz rayon prokuroru vəzifələrinə təyin edilib.

Baş prokurorun digər əmri ilə Həsən Mirzəyev Balakən rayon prokuroru vəzifəsinə təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3464

Oxşar yazılar