Səməd Seyidov Hindistan səfirini qəbul edib
0
0
ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkələrimiz arasında əlaqələrdən söz açan Səməd Seyidov nəinki dil və mədəniyyət sahəsində, eyni zamanda digər sahələrdə də əməkdaşlığın inkişafının vacib olduğunu söyləyib.
Səməd Seyidov ADU-da Hindi dili Mərkəzinin fəaliyyəti və universitetlə səfirlik arasındakı əlaqələrdən danışıb. O, Hindistan universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Vinod Kumar isə ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində ADU ilə əməkdaşlığın geniş potensialının olduğunu qeyd edib. Səfir Hindistan-Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu bildirdi. Vinod Kumar ADU ilə əməkdaşlıqdan və universitetdə hindi dilinin tədris olunmasından məmnun olduğunu dilə gətirib. Görüşdə gələcək əməkdaşlıq perspektivləri, yeni layihələrin həyata keçirilməsi, əlaqələrin genişləndirilməsi, tələbə-müəllim mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.