Millət vəkilinə şükran plaketi verildi - FOTO
01 dekabr 2012 14:45 (UTC +04:00)

Millət vəkilinə şükran plaketi verildi - FOTO

Millət vəkili Qənirə Paşayeva Rumeli Balkan Strateji Araşdırmaları Mərkəzinin rəhbərliyi ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Qənirə Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımları, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində Azərbaycan və Türkiyənin beyin mərkəzləri arasında əməkdaşlığın daha da artırılmasının vacibliyini qeyd edib. O, strateji araşdırmalar mərkəzləri arasında da əməkdaşlığın daha da genişlənməsinə böyük ehtiyac olduğunu deyib.

Rumeli Balkan Strateji Araşdırmaları Mərkəzinin nümayəndələri millət vəkili ilə görüşdə Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıqlarını genişləndirmək niyyətində olduqlarını və həyata keçirməyi planlaşdırdıqları layihələr barədə məlumatlar verib, təkliflərini səsləndiriblər və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşün sonunda millət vəkili Qənirə Paşayevaya Rumeli Balkan Strateji Araşdırmaları Mərkəzi tərəfindən Türk dünyasında gördüyü fəaliyyətinə görə şükran plaketi təqdim edilib.
# 1271

Oxşar yazılar