Novruz Məmmədov: ”...Ermənistanın gələcəyi sual altında qalacaq”
27 noyabr 2012 15:25 (UTC +04:00)

Novruz Məmmədov: ”...Ermənistanın gələcəyi sual altında qalacaq”

“Avropa Şurası, Avropa Birliyi, NATO, İslam Konfransı Təşkilatı və digər regional və beynəlxalq qurumların Qarabağ münaqişəsi ilə bağlı müəyyən qərar və qətnamələri, ABŞ, Rusiya və Fransa prezidentlərinin 4 bəyanatı olduğu halda, vəziyyət hələ də düzəlməyib. Onların da dediyi kimi, indiki vəziyyət qəbuledilməzdir”. Lent.az-ın məlumatına görə, bunu PA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

N. Məmmədovun sözlərinə görə, status-kvo dəyişilməlidir: “Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistan tərəfi vaxtaşırı müəyyən bir bəhanə taparaq, danışıqlar prosesini uzatmamalıdır. Buna görə də ATƏT-in Minsk Qrupundan istəyimiz ondan ibarətdir ki, ili-ilə satmağa dəyməz. Neçə illərdir ki, onlar bu istiqamətdə danışıqlar aparsa da, bunun bir real nəticəsi yoxdur. Münaqişənin belə vəziyyətdə qalması mümkün deyil”.

PA-nın şöbə müdiri onu da qeyd edib ki, işğal altında olan torpaqlarımız mütləq azad olunmalıdır: “Mənim də şəxsi fikrim ondan ibarətdir ki, bu nə qədər tez olsa Ermənistan hakimiyyəti erməni xalqının gələcək taleyi üçün müəyyən təminat alar. Vəziyyət belə qalarsa, Ermənistanın gələcəyi sual altında qalacaq”.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1147

Oxşar yazılar