Üç ölkənin xarici işlər nazirlərinin görüşü təxirə salınıb
27 noyabr 2012 14:38 (UTC +04:00)

Üç ölkənin xarici işlər nazirlərinin görüşü təxirə salınıb

APA-nın İRNA-ya istinadən məlumatına görə, buna səbəb Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun ABŞ-a səfər etməsidir. Ə.Davudoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Fələstinin BMT-yə etdiyi müraciətə əsasən noyabrın 29-da Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının yığıncağında iştirak edəcək. Bu baxımdan görüşün başqa bir vaxtda keçirilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunub. Ancaq görüşün nə vaxt keçiriləcəyi barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, bu formatda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 787

Oxşar yazılar