Хarici işlər nazir Sudan prezidentinin köməkçisini qəbul edib - FOTO
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sudan Respublikası prezidentinin köməkçisi Nafi Əli Nafinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Məmmədyarov iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu qeyd edib və qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına töhfə verəcəyini vurğulayıb. Nazir qonağa Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın hərbi təcavüzü və münaqişənin həlli istiqamətində aparılan danışıqların vəziyyəti haqqında məlumat verib.
N. Ə. Nafi Sudana göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edərək iki ölkə arasında qarşılıqlı münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar ölkəsinin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bildirib və Sudanın bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu nəzərə çatdırıb.
Sudan prezidentinin köməkçisi nazir E. Məmmədyarovu ölkəsinə səfərə dəvət edib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29