Yaponiyanın Qızlar Universitetində Azərbaycan təqdimatı
23 noyabr 2012 18:57 (UTC +04:00)

Yaponiyanın Qızlar Universitetində Azərbaycan təqdimatı

Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 20-ci ildönümü çərçivəsində Yaponiyanın Qunma prefekturasındakı Qızlar Universitetində ölkəmizlə bağlı təqdimat təşkil edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qızlar Universitetinin professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə professor Yoşi Kobayaşi və ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə çıxış edib.

Gürsel İsmayılzadə Azərbaycanın coğrafi mövqeyi, tarixi, təbiəti, əhalisi, iqtisadiyyatı barədə ətraflı məlumat verib, dövlətin uğurlu enerji siyasətindən və qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımlardan söz açıb. Təqdimatda ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini, mətbəxini, rəqslərini, xalçalarını və turizm imkanlarını əks etdirən videofilm də nümayiş etdirilib. Gürsel İsmayılzadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ərazilərimizin 20 %-nin ermənilər tərəfindən işğal olunması və bunun nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, bu işğalın mənfi nəticələrinin hələ də aradan qaldırılmaması barədə tədbir iştirakçılarına geniş məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1420

Oxşar yazılar