Əfqanıstanın yeni səfiri Azərbaycana gəlib
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Şakir Kargarı qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edən Məhəmməd Şakir Kargarı Azərbaycana təyin olunmasından məmnunluğunu, Azərbaycanda çalışacağı dövr ərzində iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini söyləyib.
Elmar Məmmədyarov isə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi və gücləndirilməsini zəruri sayıb. Elmar Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Elmar Məmmədyarov isə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi və gücləndirilməsini zəruri sayıb. Elmar Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
591