Sudandan Azərbaycana təşəkkür
0
0
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Sudan Respublikası prezidentinin köməkçisi Dr Nafi Əli Nafinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov ikitərəfli münasibətlərdən məmnunluğunu ifadə edib.
Xarici işlər naziri iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğunu, qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına töhfə verəcəyini söyləyib. Elmar Məmmədyarov həmçinin qonağa Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü və münaqişənin həlli istiqamətində aparılan danışıqların vəziyyəti haqqında məlumat verib.
Nafi Əli Nafi Sudana göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib, iki ölkə arasında qarşılıqlı münasibətlərin genişləndirilməsini vacib sayıb. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar ölkəsinin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bildirib və Sudanın bütün sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu nəzərə çatdırıb.
Nafi Əli Nafi Elmar Məmmədyarovu ölkəsinə səfərə dəvət edib.