Seyid Camal: “İmam Hüseyni siyasi alətə çevirmək olmaz” - MÜRACİƏT
Noyabrın 25-də dünyanın şiə müsəlmanları Aşura gününü qeyd edəcək. Lent.az-ın məlumatına görə, hər il Məhərrəm ayında bir sıra müsəlman ölkələrində kütləvilikdən istifadə edən bəzi radikal yönümlü dini qruplar təxribatçı hərəkətlərə yol verirlər. Mətbuatda yayılan məlumatlara görə, ölkəmizdə də bu kimi təxribatçı hərəkətlərə yol vermək istəyən qüvvələr var.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, heç bir müsəlman təxribatçı hərəkətlərə yol verməməlidir: “Mən müsəlman bacı və qardaşlarımıza Qarabağ Seyid Ocaqları, İmam Hüseyn qiyamını doğuran səbəbləri dərk edən, özü də İmam Hüseyn nəslindən olan insanların adından müraciət edərək bildirirəm ki, Azərbaycanımızın bütövlüyü naminə, Qarabağımızın işğaldan azad olunması naminə bir olmalıyıq və İmam Hüseyni siyasi alətə çevirməməliyik”.
Əzimbəyli onu da vurğulayıb ki, Azərbaycanı İraqa, Hindistana, Pakistana çevirmək istəyən, ölkəmizdə dinlər və təriqətlərarası münasibətləri qızışdırmaq istəyən qüvvələr mövcuddur: “Peyğəmbər də buyurur ki, vətəni sevmək imandandır. İmanlı şəxslərin bu məsələdə dövlətə dəstək olması vacibdir. Biz Qarabağ şəhidlərini yad etməliyik. Dövlətçiliyimiz naminə bir olmalıyıq”.
Seyid Camal Əzimbəylinin sözlərinə görə, kimsə hökumətdən narazıdırsa belə, buna görə təxribatçı hərəkətlərə yol verilməməlidir. “Narazılığı Aşura günüdən istifadə etməklə göstərmək olmaz”, - deyə, S. Əzimbəyli əlavə edib.
Anar

1464