İstanbulda erməni təcavüzü pisləndi
Türkiyənin İstanbul şəhərində "Ənənədən gələcəyə: Avrasiyada İslam üfüqü" adlı Avrasiya İslam Şurasının VIII Zirvə Toplantısı öz işini yekunlaşdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 30-dan artıq ölkənin 100-dən çox dini təsisatının rəhbərinin iştirak etdiyi Zirvə Toplantısında yekun bəyannamə qəbul edilib. Bəyannamənin müzakirəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovun təklifi ilə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin pislənməsi yekun bəyannamənin 1-ci maddəsində öz əksini tapıb.
Toplantıda Avrasiya İslam Şurası dünya ictimaiyyətinə müraciət edərək, Dağlıq Qarabağ məsələsində təkcə Avrasiyanın müsəlman ölkələrinin dini liderlərinin deyil, digər ölkələrin və dinlərin liderlərinin də münaqişənin ədalətli həllinə çalışmalarının vacibliyini ortaya qoyub.

665