Türkiyəli deputat: “Erməni partiya sədrinin fikirləri böhtandır”
23 noyabr 2012 12:30 (UTC +04:00)

Türkiyəli deputat: “Erməni partiya sədrinin fikirləri böhtandır”

“1915-ci il hadisələrinin “soyqırımı” adlandırılması heç bir halda həqiqətə uyğun deyil. Həmin vaxt ermənilərin Türkiyədə soyqırımına məruz qalması barədə iddialar tarixin və həqiqətin saxtalaşmasıdır”. PA-nın xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Ərcan Candan Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında çıxışı zamanı Ermənistanın “İrs” Partiyasının lideri Raffi Ovannisyan dediklərinə münasibət bildirərkən deyib.


Türkiyəli deputat ötən əsrin əvvəllərində ölkəsinin dörd Avropa dövlətinin işğalı ilə üzbəüz qaldığını xatırladıb: “Baxmayaraq ki, həmin vaxta qədər Türkiyədə ermənilər türklərlə çiyin-çiyinə yaşayırdılar, sonradan yaranmış vəziyyətdən istifadə edərək separatçılığa baş vurdular. Biz o vaxt işğalçıları məğlub etdik. Erməniləri isə Türkiyədən qovmadıq, onlar özləri Türkiyədən çıxıb getdilər. Bu gün sizin prezidentiniz deyir ki, Qarabağı azad etmişik, indi növbə Araratındır. Özü də prezidentiniz gənclərinizə müraciət edərək deyir. İndi gəlin görək kim düz, kim yalan danışır, kim həqiqətin tərəfindədir, kim yalanın. Ona görə də erməni nümayəndənin burada səsləndirdiyi fikirləri əsassız və Türkiyəyə qarşı növbəti böhtan hesab edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368

Oxşar yazılar