Rusiyalı həmsədr: “Stepanakert hava limanının açılması gərginlik yarada bilər”
22 noyabr 2012 18:05 (UTC +04:00)

Rusiyalı həmsədr: “Stepanakert hava limanının açılması gərginlik yarada bilər”

APA-nın xəbərinə görə, rusiyalı həmsədr İqor Popov “Azadlıq” radiosuna açıqlamasında görüşdə münaqişənin həlli və Ramil Səfərovun Azərbaycana qaytarılması məsələsini müzakirə etdiklərini deyib. Həmsədrlər R. Səfərovla bağlı yeni fikir söyləməyiblər, suallara cavab verərkən isə daha əvvəl verdikləri bəyanata istinad ediblər.

İ. Popov ermənilərin açmağa hazırlaşdığı yeni hava limanı ilə bağlı suala belə cavab verib: “Biz hesab edirik ki, indiki vəziyyətdə Stepanakert hava limanının açılması tərəflər arasında gərginlik yarada bilər. Bu məsələlər mövcud təcrübə əsasında sülh yolu ilə həll edilməlidir”.

“İlk sərnişin olmaq istərdinizmi” sualını diplomat zarafatyana cavablandırıb: “Hələlik yox. Təyyarə hələ gəlməyib”.

Həmsədrlər noyabrın 23-də Ermənistanda, noyabrın 26-da isə Azərbaycanda ölkə rəhbərləri ilə yeni ideyaları müzakirə edəcəklər. Onlar bu ideyalar haqda məlumat verməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946

Oxşar yazılar