İranın İslamçı Müxalifət Partiyasının sədri İsrailə Bakıda meydan oxudu
Lent.az-ın verdiyi məlumata görə bunu Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) 7-ci Baş Assambleyasında iştirak edən İranın İslamçı Müxalifət Partiyasının sədri Hassan Qafari söyləyib.
Hassan Qafari deyib ki, İsrail Qəzzada müqəddəs yerləri, şəhərləri dağıdır, günahsız uşaqlar ədalətsiz təcavüzün qurbanı olurlar: “Biz fələstinlilərə kömək etməliyik. İstərdim ki, Assambleya tək İsraili pisləməsin, Fələstin, Suriya və Sudana qarşı aqressiyanı pisləsinlər”.
O, İCAPP-ın növbəti Baş Assambleyasının İranda keçirilməsini və İCAPP-ın İranda Ticarət Palatası yaradılmasını da təklif edib.

1006