“Rusiya hamı üçün” – FOTO
Bakıda “RİA Novosti” agentliyinin APA-nın tərəfdaşı olduğu “Rusiya hamı üçün” layihəsinin Azərbaycan KİV üçün təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbiri layihənin baş redaktoru Radik Əmirov açıq elan edərək bildirib ki, “Rusiya hamı üçün” layihəsinin əsas məqsədi Rusiya Federasiyası ərazisində yaşayan milli konfessiyalar arasında harmonizasiyanın yaradılmasıdır.
Portal ilkin olaraq Azərbaycan, tacik, çeçen, qırğız və avar dillərində, sonrakı mərhələdə isə Rusiya Federasiyasının bütün dillərində yayımlanacaq. İnformasiya resursunun səhifələrində Azərbaycanın, eləcə də digər xalqların siyasət və mədəniyyəti, Rusiyadakı müxtəlif diasporların nümayəndələrinin fəaliyyəti işıqlandırılacaq portalda “Qanuni miqrant”, “Dil öyrənirik” kimi bölmələr də olacaq.
Tədbirdə çıxış edən APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev qeyd edib ki, APA “Rusiya hamı üçün” layihəsinin Azərbaycan dilindəki səhifəsini dəstəkləyir və qarşılıqlı əməkdaşlıq çərçivəsində informasiya ilə təmin edir. O, “RİA Novosti” agentliyi ilə APA arasında əməkdaşlıq sazişi imzalandığını, bu əməkdaşlıq çərçivəsində layihənin Azərbaycan dilindəki səhifəsinin informasiya ilə təmin olunduğunu deyib. Onun sözlərinə görə, portal Rusiyada yaşayan azərbaycanlılara öz tarixi vətənləri haqda daha çox informasiya almaq imkanı yaradacaq.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29