İCAPP-ın təsisçisi: “ABŞ-la İran arasında vasitəçi olmalıyıq”
“Biz ABŞ-la İran arasında vasitəçilik edərək problemin aradan qaldırılmasına nail olmalıyıq”. Lent.az-ın verdiyi məlumata görə, bunu Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) 7-ci Baş Assambleyasında iştirak edən Filippin parlamentinə 5 dəfə sədr seçilən, konfransın təsisçilərindən olan Joze de Venecia bəyan edib.
Joze de Venecia Xəzərdə neft-qaz hasil edən Azərbaycan, Türkmənistan və Qazaxıstanın bu resursları Asiyaya ixrac etməsi məsələsi üzərində fikirləşməli olduqlarını bildirib. O, İCAPP-ın Şərqi Çin dənizində Asiya dövlətləri arasındakı münaqişənin aradan qaldırılması istiqamətində çalışmalı olduğunu söyləyib: “Avropa dövlətləri Şərqi Çin dənizində neft-qaz ehtiyatlarını necə birgə çıxarırlar? Biz bunu öyrənərək Şərqi Çin dənizi ilə bağlı yaranmış problemi həll etməliyik”.
Joze de Venecia deyib ki, Berlin divarlarının yıxılması ilə Avropada soyuq müharibə başa çatıb: “Biz Asiyada da soyuq müharibəni aradan qaldırmalıyıq. Söhbət Asiyada kapitalizm və sosializmin bir-birinə qarşı göstərilməməsindən gedir. Cəmiyyətin rifahı üçün hər iki sistemdəki yaxşı elementləri nəzər alan dövlətlər bu gün uğurlar əldə edirlər. Bu gün inkişaf etmiş dövlətlərin böyük böhranla üzləşdikləri də göz önündədir. Bütün ölkələrdə partiyalar səylərini birləşdirməlidirlər”.

639