Rusiya Kommunist Partiyasının sədri: “Ayağını itirən atam Bakıda müalicə olunub…”
Lent.a-ın verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov söyləyib.
Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdiyini söyləyən Gennadi Züqanov bu istiqamətdə fəaliyyəti artırmağı zəruri sayıb. O, kommunist ideyalarını da müdafiə etməyi yaddan çıxarmayıb: “Bu gün dünya kapitalist sisteminin nəticəsində növbəti böhranla üzləşib. Kapitalist sisteminin yaratdığı böhranların birindən dünyanı Böyük Oktyabr inqilabı, digər böhrandan SSRİ-nin, müttəfiq respublikaların İkinci Dünya Müharibəsində böyük qələbəsi xilas etdi. Bu gün isə kapitalist sisteminin yaratdığı böhranın nəticəsidir ki, ABŞ tamamilə batıb, borcu rekord həddə çatıb. Avropada da vəziyyət fərqli deyil. Bu gün həmin dövlətlərdən fərqli olaraq Azərbaycan iqtisadiyyatı inkişaf edir. O cümlədən Kommunist Partiyasının hakimiyyətdə olduğu Çində iqtisadiyyat inkişaf etməkdədir”.
Ramiz

1644