Prezident İlham Əliyevin Sinqapura səfəri başa çatıb
22 noyabr 2012 01:30 (UTC +04:00)

Prezident İlham Əliyevin Sinqapura səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapura dövlət səfəri çərçivəsində noyabrın 21-də bu ölkənin paytaxtındakı Milli Səhləb Bağı ilə tanış olub.

Lent.az-ın Azərtac-a istinadən məlumatına görə,
bağın icraçı direktorunun müavini Leonq Çi Çieu dövlətimizin başçısına buradakı nadir bitkilər barədə məlumat verib. Bildirilib ki, Milli Səhləb Bağında yetişdirilən və dünyanın heç bir yerində olmayan nadir səhləb gülünə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı verilib. Həmin gülün sertifikatı dövlətimizin başçısına təqdim olunub.

Prezident İlham Əliyev Sinqapur Milli Səhləb Bağının fəxri qonaqlar kitabını imzalayıb.
Daha sonra Prezident İlham Əliyev Sinqapur botanika bağları kompleksinin ərazisindəki Milli Səhləb Bağı ilə tanış olub. Məlumat verilib ki, 70 hektar ərazisi olan bağın təməli XIX əsrin sonlarında qoyulub.
Tropikal memarlığın ən mükəmməl nümunələrindən olan bu bağda səhləb güllərinin yetişdirilməsinə XX əsrin əvvəllərindən başlanıb. 1928-ci ildə burada səhləb güllərinin milli səviyyədə qorunması qərara alınıb. İndi bağın kolleksiyasında mindən çox səhləb gülü növü vardır və onun yeni növlərinin yetişdirilməsi ilə bağlı tədqiqatlar davam edir.
Burada, həmçinin elmi tədqiqatların aparılması üzrə mərkəz də fəaliyyət göstərir.
Prezident İlham Əliyevə Milli Səhləb Bağında mövcud olan suvarma sistemləri və soyuq şəraitdə bitkilərin yetişdirilməsi barədə məlumat verilib.

Sonda dövlətimizin başçısına Milli Səhləb Bağının fəaliyyəti və burada yetişdirilən növlər barədə məlumatların toplandığı kitab və bukletlər təqdim olunub.
X X X
Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sinqapur Respublikasına dövlət səfəri başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2083

Oxşar yazılar