Mahmud Məmməd-Quliyev Brüsselə gedir
21 noyabr 2012 18:52 (UTC +04:00)

Mahmud Məmməd-Quliyev Brüsselə gedir

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev 22-23 noyabr tarixlərində Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin 13-cü iclasında iştirak etmək məqsədilə Belçika Krallığının Brüssel şəhərinə səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində Avropa İttifaqının Genişlənmə üzrə komissarı Stefan Füle, Belçika Xarici İşlər Nazirliyi, Avropa Komissiyasının nümayəndələri və digər şəxslər ilə görüşləri nəzərdə tutulub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin siyasi, iqtisadi və humanitar aspektləri üzrə müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834

Oxşar yazılar