Xələf Xələfov Vyetnam Kommunist Partiyasının nümayəndəsini qəbul edib
Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr komitəsinin rəhbəri Xoanq Bin Kuanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xələf Xələfov iki ölkə arasındakı münasibətlərin səviyyəsindən məmnunluq ifadə edib.
Xələf Xələfov Vyetnam nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib və bu səfərin ölkələrimiz arasındakı münasibətlərə təkan verəcəyinə əminliyini dilə gətirib. Xoanq Bin Kuan ölkəmizdə müşahidə etdiyi dinamik inkişafdan təsirləndiyini söyləyib. Diplomatik münasibətlərin 20 il öncə qurulmasına baxmayaraq, Azərbaycanla Vyetnam arasında dostluq əlaqələrinin daha dərin tarixə malik olduğunu diqqətə çatdırıb. Xoanq Bin Kuan bir çox vyetnamlının Azərbaycanda təhsil aldığını xüsusilə vurğulayıb. O, ölkəsi haqda ətraflı məlumat verib, son 20 ildə Vyetnamın keçdiyi yol haqda danışıb.
Enerji, sosial və təhsil sahələrində Vyetnamın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirən Xoanq Bin Kuan bu sahədə ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb. O, Vyetnamın beynəlxalq səviyyədə Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edib. Bununla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunub. Xələf Xələfov ölkəmizin Vyetnamla əməkdaşlıqda maraqlı olduğunu söyləyib. Qarşılıqlı münasibətlərin inkişafına təkan verəcək amil kimi Hanoy və Bakı şəhərlərində səfirliklərin açılması göstərilib. Enerji və təhsil sahələrində əməkdaşlıq üçün bütün imkanların mövcud olduğunu qarşı tərəfin diqqətinə çatdıran Xələf Xələfov, burada Azərbaycan Dövlət Neft şirkəti ilə Vyetnam Neft və Qaz Korporasiyası arasında mövcud razılaşmanı, bu sahədə kadrların hazırlanmasında ARDNŞ-in Ali Neft Məktəbinin rolundan danışıb. Eyni zamanda, Azərbaycan Diplomatik Akademiyasında təhsil üçün geniş imkanların olduğu da nəzərə çatlırılıb.
Xələf Xələfov ölkəmizin 20% ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu və bu işğalın nəticəsi kimi 1 milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salındıqlarını nəzərə çatdırıb. Ermənistan-Azərbaycan münaqişəsinin regionun inkişafı və burada davamlı stabilliyini təmin olunması üçün başlıca maneə olduğunu söyləyən Xələf Xələfov ATƏT-in Minsk Qrupunun bu istiqamətdə iş apardığına baxmayaraq, bu günə kimi nəticə olmadığını qeyd edib. Xələf Xələfov Ermənistanın dünya birliyi tərəfindən qəbul olunmuş qərar və qətnamələrə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədiyini və Azərbaycanın işğal faktı ilə barışmayacağını vurğulayıb.

697