AB və  Azərbaycan azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə müzakirə aparıb
21 noyabr 2012 17:54 (UTC +04:00)

AB və Azərbaycan azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə müzakirə aparıb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasın birinci günü Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Avropa Birliyi-Azərbaycan Fəaliyyət Planında əks olunan hüquq mühafizə, sərhəd idarəçiliyi, miqrasiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələlərinin icrasına, ikinci günü isə demokratiya, yaxşı idarəçilik və insan hüquqları sahələrində əməkdaşlığın qiymətləndirilməsinə həsr olunub.

Ekspert səviyyəsində keçirilmiş iclasda hər iki tərəf üçün maraq kəsb edən bir sıra məsələlər və gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb. Tədbirdə iştirak edən geniş tərkibli Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev başçılıq edib. Avropa Birliyinin nümayəndə heyətinə isə iclasın ədliyyə, azadlıq və təhlükəsizlik məsələlərinə həsr olunmuş birinci hissəsində Avropa Xarici Fəaliyyət Xidmətinin (AXFX) Şərq Tərəfdaşlığı İkitərəfli şöbəsinin rəis müavini Reinhold Brender, insan hüquqları və demokratiya məsələlərinə dair ikinci hissəsində isə AXFX-nin İnsan Hüquqları Siyasəti Şöbəsinin rəhbəri Elizabet Tizon rəhbərlik ediblər. Alt-komitənin ikinci günü Azərbaycan və Avropa Birliyində insan hüquqlarının vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrdə geniş miqyaslı məsələlər, o cümlədən insan hüquqlarının müdafiəsi üzrə milli təsisatlar, ədliyyə sistemində islahatlar, seçkilər, ifadə və məlumat azadlığı, toplaşmaq və birləşmək azadlığı, o cümlədən vətəndaş cəmiyyətinin fəaliyyəti, qadın və uşaq hüquqları məsələləri əhatə olunub. İnsan hüquqları müdafiəsi sahəsində beynəlxalq təşkilatlar, xüsusilə də BMT, ATƏT və Avropa Şurası çərçivəsində əməkdaşlığı da müzakirə edilib.

Avropa Birliyinin üçüncü ölkələrlə insan hüquqları üzrə dialoqu təcrübəsinə uyğun olaraq, insan hüquqlarına həsr olunan görüşdən əvvəl Avropa Birliyi həm də Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq QHT-lərlə görüş keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653

Oxşar yazılar