Səməd Seyidov: “Ştrasserin siyahısı reallığı əks etdirmir”
Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser tərəfindən Azərbaycanda həbsdə olan iki dindarın adının “siyasi məhbus” siyahısına salınması məsələsinə münasibət bildirib.
Səməd Seyidov APA-ya bildirib ki, K. Ştrasserin hazırladığı siyahı reallığı əks etdirmir: “Amma çox təəssüf ki bu insan bu istiqamətdə öz siyasətini davam etdirir. Ümumiyyətlə, hansısa insanların adının bu siyahıya daxil edilməsi, ya çıxarılması, onun öz işidir. Biz konkret olaraq öz mövqeyimizi Avropa Şurasına bildirmişik. Biz demişik ki, Azərbaycanda insan haqları ilə bağlı problemləri obyektiv və qərəzsiz formada müzakirə etməyə hazırıq. Azərbaycanda insan haqları ilə bağlı məsələyə qeyri-obyektiv yanaşmaq qəbuledilməzdir”.
Qeyd edək ki, AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser həbsdə olan Qusar rayon sakinləri Rahib Pirəliyev və Şərafəddin Mahmudovun adını “siyasi məhbus” siyahısına daxil edib. Dindarların vəkili Cavanşir Süleymanov APA-ya bildirib ki, onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Hər iki şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanan şəxslərin istintaqı hələ yekunlaşmayıb. Hər iki şəxsin qanunsuz həbs edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib. Həmin müraciətlər əsasında onların adı AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin siyasi məhbus siyahısına daxil edilib. C. Süleymanov Qusar sakinlərinin adlarının siyasi məhbus siyahısına daxil edilməsi barədə məktub aldıqlarını qeyd edib. Onların məsələsinə Avropa Şurası Parlament Assambleyasının gələn ilin yanvarında keçiriləcək iclasında baxılacaq.
Adları siyasi məhbus siyahısına daxil edilən hər iki şəxs vəhhabi təriqətinin üzvləridir.

1418