Prezidenti İlham Əliyev Sinqapur prezidenti və baş naziri ilə görüşüb
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə xüsusi vurğulanıb ki, prezident İlham Əliyevin bu səfəri iki dövlət arasındakı münasibətlərdə çox mühüm və tarixi bir hadisədir. Bu səfər Sinqapurla Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişafına güclü təkan verəcək.
Bildirilib ki, dövlətlərimiz arasında iqtisadi, ticari və enerji sahələrində müəyyən əlaqələr olsa da bu, hər iki ölkənin mövcud potensialını əks etdirmir.
Danışıqlar zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün əlaqələndirici bir qurumun yaradılması barədə razılığa gəlinib.
Ölkə başçısı İlham Əliyev bu gün həmçinin dövlət səfəri çərçivəsində Sinqapurun baş naziri Li Hsien Loonq ilə görüşüb.
Geniş tərkibdə keçirilən görüşdə dövlətlərimiz arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub. Azərbaycan və Sinqapur arasında qarşılıqlı sərmayə qoyuluşu məsələlərinin müzakirəsi zamanı vurğulanıb ki, bu istiqamətdə artıq müəyyən fəaliyyət mövcuddur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sinqapurda, habelə qarşı tərəfdən də bir neçə şirkət Azərbaycanda iş qurub.
Görüşdə hər iki tərəf üçün maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlərin daha tez-tez həyata keçirilməsinin əməkdaşlığın uğurlu inkişafında əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, noyabrın 21-də Sinqapur Respublikasının prezidenti Toni Tanın adından bu ölkədə dövlət səfərində olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.
Dövlət başçıları rəsmi naharda çıxış edib.

Oxşar yazılar

Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11
Paşinyandan öz xalqına MÜRACİƏT: "Azərbaycanla birlikdə olacaq"
18 avqust 2025 , 18:50
Rusiya Odessada SOCAR-ın neft bazasına qəsdən hücum edib - Zelenski
18 avqust 2025 , 15:11
"Qərbi Azərbaycan İcması fəaliyyətini davam etdirəcək" - Əziz Ələkbərli
16 avqust 2025 , 13:47
Prezident: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür
14 avqust 2025 , 23:55