Əli Həsənov: “Azərbaycan KİV-i kənar qüvvələrin təsiri altına düşməməlidir”
20 noyabr 2012 19:13 (UTC +04:00)

Əli Həsənov: “Azərbaycan KİV-i kənar qüvvələrin təsiri altına düşməməlidir”

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Rabitə dünyası” qəzetinin 20 illik yubileyində çıxışında deyib.

Şöbə müdiri bildirib ki, Azərbaycanı azad sözsüz demokratik ölkə kimi təsvir etmək mümkün deyil: “KİV-in obyektivliyi, operativliyi baxımından Azərbaycan nəinki MDB məkanında, bütün dünyada qabaqcıl yerləri tutur. Lakin Azərbaycanda da KİV problemsiz deyil. Buraya maddi-texniki təminatın yetərincə güclü olmamasını, professional kadr çatışmazlığını, bir neçə KİV-in siyasiləşməsini aid etmək olar”.

Ə. Həsənov onu da deyib ki, beynəlxalq KİV-də Azərbaycan mətbuatında olan problemlər həddən artıq qabardılır: “Məsələn, ABŞ və digər Qərb mətbuatı Suriya, Liviya, digər Yaxın Şərq ölkələrində baş verənləri obyektiv ötürə bilirdimi? Onlara nəyi verməklə bağlı hədd qoyulmuşdu. Hətta bir sıra xarici ölkədə bloqgerlər fəaliyyətlərinə görə azadlıqdan məhrum edilib. Lakin Azərbaycan həmişə bu məsələdə nümunəvi ölkə kimi təqdim olunub”.

PA rəsmisi Azərbaycan KİV-ni obyektiv, vicdanlı olmağa, kənar qüvvələrin təsiri altına düşməməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815

Oxşar yazılar