Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verildi – SİYAHI
Penitensiar xidmətin rəisinə general-leytenantı ali xüsusi rütbəsi verilib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mədət Qəzənfər oğlu Quliyevə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib.
Sərəncamla Zakir Qafarov, Mehdi Səlimzadəyə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi, Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavini Hüseynağa Ənvər oğlu Əlixanova ədliyyə general-mayoru, Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Rəfail İbrahim oğlu Mehdiyevə tibb xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

6034