Lordlar Palatasında Azərbaycandan danışıblar
Britaniyanın Lordlar Palatasında “Azərbaycan və Cənubi Qafqaz” mövzusunda müzakirələr keçirilib. Müzakirələrdə çıxış edən lord Şeyx Məhəmməd İltaf bu ilin yayında Azərbaycana etdiyi səfərlə bağlı həmkarlarını məlumatlandırıb, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və başqa rəsmi şəxslərlə keçirdiyi görüşlərdən danışıb, ölkəmiz haqqında təəssüratlarını bölüşüb. Azərbaycanın dünya üzrə ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə malik olduğunu vurğulayan Şeyx Məhəmməd İltaf ölkəmizdə həyata keçirilən islahatların miqyasından təsirləndiyini bildirərək deyib: “Azərbaycan dünya üzrə ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə sahibdir və Azərbaycan maliyyə, telekommunikasiya və infrastruktur sahələri daxil olmaqla, bir çox sahələrdə inkişaf etməyi nəzərdə tutub”.
Azərbaycan və Böyük Britaniya arasında münasibətlərə toxunan lord bp şirkəti ilə ARDNŞ arasında mövcud uzunmüddətli, səmərəli əməkdaşlığı xüsusi qeyd edib. O, ARDNŞ tərəfindən reallaşdırılan sosial layihələri alqışlamış, ətraf mühitin qorunması üzrə uzunmüddətli strategiyanın həyata keçirilməsində şirkətin rolunu yüksək qiymətləndirib. Lordlar Palatasının üzvü ətraf mühitin çirklənməsinin qarşısının alınmasında və tullantıların idarə edilməsində ARDNŞ-in üzərinə götürdüyü öhdəliklərin vacibliyini diqqətə çatdırıb, davamlı inkişafla bağlı məsələlərin həllində şirkəti neft-qaz əməliyyatları ilə məşğul olan digər qurumlara nümunə göstərib. Şeyx şirkət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında çirklənmiş torpaqların təmizlənməsi, ekoloji parkların salınması və gənc nəslin təhsilinə yönəldilmiş proqramları xüsusi vurğulayıb.
Azərbaycanın 2012-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini beynəlxalq ictimaiyyətin ölkəmizə göstərdiyi yüksək etimadın göstəricisi kimi səciyyələndirən Şeyx Məhəmməd İltaf Dağlıq Qarabağ probleminə də toxunaraq deyib: “Bu problem Azərbaycanın ən vacib siyasi məsələsi olaraq qalmaqdadır və regionda qeyri-sabitliyin mənbəyi hesab edilir. Bu, çox vacibdir - biz sülh prosesində ATƏT-in Minsk qrupuna tam dəstək göstərir, hər iki tərəfin problemi danışıqlar masası arxasında həll etməsində fəal iştirak edirik”.
Lord Şeyx Məhəmməd İltaf çıxışının sonunda Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu, Azərbaycanın beynəlxalq iqtisadi, siyasi və mədəni əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiyini qeyd etmiş və Britaniya hökumətini bu prosesdə fəal iştirak etməyə çağırıb.
ANSPress

Oxşar yazılar

Mədət Quliyev istefa verdi
24 aprel 2025 , 04:44
Əfv Komissiyasının iclası keçirildi
23 aprel 2025 , 17:41
Milli Şuranın mitinqinə icazə verilmədi
23 aprel 2025 , 17:09
Azərbaycan Prezidentinin Çində rəsmi qarşılanma mərasimi olub
23 aprel 2025 , 07:09
Xocalı soyqırımına rəhbərlik edənlərin adları açıqlandı -MƏHKƏMƏ
21 aprel 2025 , 20:47
Azərbaycan Prezidenti Çinin Sinxua agentliyinə müsahibə verdi
21 aprel 2025 , 20:43
Arkadi Qukasyanın ETİRAFLARI: "...yüzlərlə azərbaycanlı var idi"
21 aprel 2025 , 14:06