Dünyadan bixəbər səfir
19 noyabr 2012 18:34 (UTC +04:00)

Dünyadan bixəbər səfir

“Ermənistanla birlikdə Araz çayının üzərində SES tikilməsi layihəsi Azərbaycanın narazılığına səbəb olursa, diplomatik kanallar vasitəsi ilə öz etirazını İrana bildirmək hüququna malikdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İranın Rusiyadakı səfiri Mahmud Reza Sacadi Moskvada keçirdiyi brifinqdə deyib. Layihə barədə məlumatlı olmadığını söyləyən iranlı diplomat Ermənistanın da Azərbaycan kimi İranın yaxın qonşusu olduğunu vurğulayıb: “İran qonşuları ilə normal münasibət saxlayır”.


İran səfiri İsrailin Fələstin xalqına qarşı təcavüzü ilə Ermənistanın Azərbaycana qarşı təcavüzü arasındakı fərqlə bağlı sualı belə cavablandırıb: “Mənim Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərim yoxdur. Bu sual mənə deyil, İranın Azərbaycandakı səfirinə ünvanlanmalıdır. İran-Azərbaycan münasibətlərinə görə məsuliyyəti o, daşıyır. O ki qaldı İsrailin Fələstinə qarşı təcavüzünə, deyə bilərəm ki, rəsmi Tehran sionist rejimin müharibənin davam etdirilməsi yolunda fəaliyyətini sərt tənqid edir. İran xalqı Fələstin xalqı ilə birlikdə sionist rejimin vəhşi hücumlarına qarşı həmrəydir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3249

Oxşar yazılar