Artur Rəsizadə: “TÜRKSOY çərçivəsində əlaqələrin möhkəmləndirilməsi vacibdir”
Noyabrın 19-da baş nazir Artur Rasizadə Qazaxıstanın mədəniyyət və informasiya naziri Mınbay Darxan Kamzabekulı ilə görüşüb. Lent.az-ın AZərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri münasibətilə ölkəmizə gəlmiş qonağı salamlayan baş nazir qarşılıqlı əlaqələrimizin bütün istiqamətlər üzrə uğurla davam etdiyini vurğulayıb.
O, iqtisadi-siyasi sahələrlə yanaşı, elm, təhsil, mədəniyyət, turizm, informasiya və digər sahələrdə də əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.
Xalqlarımızın dərin tarixi bağlara, ortaq mədəni dəyərlərə malik olduğunu xatırladan baş nazir qeyd edib ki, çoxəsrlik münasibətlər ənənəsini bundan sonra da yaşatmaq, xüsusən TÜRKSOY çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsinə səy göstərmək vacibdir.
Qazaxıstanlı nazir Mınbay Darxan Kamzabekulı Mədəniyyət Günlərinin proqramı barədə Azərbaycanın baş nazirinə ətraflı məlumat verib. O bildirib ki, dost Azərbaycan xalqını Qazaxıstan incəsənət xadimləri ilə tanış etməklə yanaşı, həmçinin Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarları ilə mədəni əməkdaşlığa dair aktual məsələləri müzakirə etmək, müştərək layihələr barədə fikir mübadiləsi aparmaq niyyətindədir.

856