Azərbaycanı tənqid etmiş türkiyəli məşhur teleaparıcı kürd çıxdı
19 noyabr 2012 14:30 (UTC +04:00)

Azərbaycanı tənqid etmiş türkiyəli məşhur teleaparıcı kürd çıxdı

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu, jurnalist Can Dündarın Mehmet Ali Birandın həyatı ilə bağlı “Birand: Bir Ömür, Ardına Bakmadan” adlı kitab yazarkən apardığı araşdırma zamanı üzə çıxıb.

Məlum olub ki, Mehmet Ali Birand illərlə ailəsinin soykökü ilə maraqlanmayıb. Oğlu Umur dünyaya gələn zaman isə həyat yoldaşı Cemrenin marağı nəticəsində kürd əsilli olduğu üzə çıxıb. Cemre Mehmet Ali Birandın dayısı Mahmut Dikerdemə bir məktub yazıb və ərinin soykökü ilə maraqlanıb. Mahmut Dikerdem cavab məktubunda yazıb ki, Mehmet Ali Birandın anası kürddür. Mehmet Ali Birandın ana babası Şerif hazırda Elazığın bir rayonu olan, əvvəllər Diyarbəkirə bağlı olmuş Ergani Madeni rayonunun Palu qəsəbəsindən imiş.

Kürd olduğu üzə çıxan Mehmet Ali Birand isə assimilyasiya olduğunu və özünü heç vaxt kürd kimi hiss etmədiyini söyləyir. O, kürd problemləri ilə maraqlanmasının və bunu hər zaman qabartmasının kürd olması ilə əlaqəli olmadığını söyləyib...

Qeyd edək ki, Mehmet Ali Birand iki il əvvəl Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı yazı qələmə alıb və Azərbaycanla bağlı mövqeyinə görə sərt tənqidlərə məruz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2380

Oxşar yazılar