Əli Kərimlidən İsa Qəmbərə “vahid namizəd” cavabı
19 noyabr 2012 13:07 (UTC +04:00)

Əli Kərimlidən İsa Qəmbərə “vahid namizəd” cavabı

APA-nın məlumatına görə, bu sözləri AXCP sədri Əli Kərimli Müsavat Partiyasının başqanı İsa Qəmbərin müxalifətin namizədi olmaq istəyi ilə bağlı açıqlamasına cavab olaraq öz “twitter” ünvanında yazıb.

Ə. Kərimli açıqlamasında fikirlərini bu cür ifadə edib: “İsa bəy deyib ki, prezidentliyə namizəd kimi öz komandasında müsavatçılarla yanaşı, cəbhəçiləri də nəzərdə tutur. Bəzi dostlar təəccüblənib. Təəccüblü bir şey yoxdur. AXCP və Müsavat müttəfiqdir. Prezidentliyə namizəd olanda, mən də müsavatçı dostları öz komandamda görmək istəyəcəyəm”.

Qeyd edək ki, İsa Qəmbər “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirib ki, vahid namizəd ideyası çox cəlbedici olsa da, əsas namizəd termininin tərəfdarıdır: “Bu günə İsa Qəmbər olaraq mənim qərarım prezident seçkisində iştirak etməkdir. 2013-cü il prezident seçkisində iştirak etmək və qalib gəlmək əzmindəyəm. Ölkədəki köklü demokratik dəyişikliklər istəyən insanlardan ibarət komanda formalaşdırıb bu ölkənin problemlərini həll etmək əzmindəyəm. Mənim bugünkü qərarım budur. O komandada müsavatçılar olacaq, bizim müttəfiqlərimiz cəbhəçilər və digər demokratik qüvvələr, heç bir partiyada təmsil olunmayan mütəxəssislər olacaq. Eyni zamanda bugünkü hakimiyyətdə təmsil olunan şəxslərdən də kimlərinsə orada təmsil olunmasını istisna eləmirəm. Bu, artıq prosesin gedişinə, həmin şəxslərin davranışına və sair şərtlərə bağlı məsələdir”.

O, həmçinin bildirib ki, obyektiv şəkildə müxalifətin vahid namizədi mümkün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2290

Oxşar yazılar