Elmar Məmmədyarov Şeyx Abdulla bin Zahid Əl-Nəhyanla görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliyinin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən üçüncü Sir Bani Yas Forumunda iştirakı çərçivəsində bu ölkənin xarici işlər naziri Şeyx Abdulla bin Zahid Əl-Nəhyanla görüşüb. Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Görüş zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri barədə müzakirələr və beynəlxalq gündəmdə duran aktual məsələlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış “Diplomatik pasport sahibləri üçün viza rejiminin ləğv edilməsi haqqında Saziş”ə əlavələr edilməsi məqsədi ilə nota mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Görüşün sonunda Şeyx Abdulla bin Zahid Əl-Nəhyan nazir E. Məmmədyarovu rəsmi səfərə dəvət edib.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53