ABŞ dövlət katibinin köməkçisi: “Bizim münasibətlərimiz bir və ya iki məsələ ilə bitmir...”
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Erik Rubin Vaşinqtonda Azərbaycan Amerika Alyansının “Vaşinqtonda bakılı dostlarla gecə” adlı qala-ziyafətdə iştirak edib. Lent.az-ın verdiyi məlumata görə, Erik Rubin ABŞ-ın Azərbaycanla yüksək tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə dəstəyi davam etdirəcəyini bildirib.
ABŞ dövlət katibinin köməkçisi iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib: “Bu tədbir ona görə mühümdür ki, burada təkcə hər iki tərəfin rəsmiləri deyil, həm də biznes nümayəndələri, qeyri-hökumət təşkilatları, eləcə də ABŞ və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olan Amerika və Azərbaycan cəmiyyətlərinin müxtəlif təbəqələrini təmsil edən insanlar bir araya gəlib. Bu, çox müsbət haldır. Buraya toplaşan insanlara baxanda bu münasibətlərin 20 ildən artıq bir müddət ərzində nə qədər inkişaf etdiyinin şahidi oluruq. Biz qarşıda növbəti 4 il ərzində bu tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi işinin davam etdiriləcəyini gözləyirik. İki ölkə arasında ticarət əlaqələrinin səviyyəsi və investisiyaların həcmi artıb. Xüsusilə də enerji sahəsində böyük uğurlar əldə edilib. İki ölkə BMT səviyyəsində, qlobal səviyyədə, Əfqanıstan məsələsində birgə işləyir. Bütün bunlar növbəti dörd ildə əlaqələrin inkişaf etdirilməsi üçün möhkəm bir əsas yaradıb.”
Erik Rubin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin ABŞ administrasiyası üçün əsas prioritet məsələ olaraq qalacağını da qeyd edib: “Bu, növbəti dörd il ərzində bizim üçün ən yüksək prioritet olacaq. Biz regionun bütün xalqlarının faydalanacağı, uzunmüddətli, eləcə də sadiq qaldığımız prinsiplər əsasında müsbət nəticənin əldə olunmasına kömək etmək üçün mümkün olan hər şeyi edəcəyik. Bununla yanaşı, bizim münasibətlərimiz sadəcə bir və ya iki məsələ ilə bitmir. Bu, daha geniş və daha dərin, bölüşdüyümüz birgə dəyərlər və istəklərə əsaslanan münasibətləri əhatə edir. Bunlardan biri Azərbaycanın dərin demokratik köklərə əsaslanan təsisatların və açıq vətəndaş cəmiyyətinin qurulması işində tərəqqi əldə etməyə davam edəcəyinə ümidlə bağlıdır. Biz bu sahədə inkişafın şahidi olmuşuq və növbəti 4 ildə də Azərbaycanın inkişafına dəstək verilməsində birgə işi davam etdirə biləcəyimizə ümid bəsləyirik.“
Qeyd edək ki, Azərbaycan Amerika Alyansının “Vaşinqtonda bakılı dostlarla gecə” adlı qala konserti və ziyafəti noyabrın 14-də ABŞ paytaxtında yerləşən Ronald Reyqan adına Beynəlxalq Ticarət Mərkəzinin binasında keçirilib. Tədbirə ABŞ Konqresinin hazırkı və keçmiş üzvləri, Vaşinqtonda diplomatik missiyaların nümayəndələri, Azərbaycan və türk icmasının üzvləri də daxil olmaqla, 700-ə yaxın qonaq qatılıb. Tədbirdə Nümayəndələr Palatasının spikeri Con Beynerlə yanaşı, qalada ABŞ senatorları Saksbi Çambliss, Riçard Burr də iştirak ediblər. Tədbir Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun dəstəyi ilə keçirilib. Ziyafətdə çıxış edən ABŞ Konqresinin Avropa və Avrasiya məsələləri üzrə alt komitəsinin sədri Dn Barton ABŞ-Azərbaycan əlaqələrinin genişləndirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.
Alyansın yaradıcısı Anar Məmmədov bildirib ki, bu tədbir musiqi, mətbəx, və mədəni mübadilənin yer kürəsinin iki nöqtəsində yerləşən xalqlar arasında necə dostluq, qarşılıqlı hörmət və anlaşma körpülərinin qurmasının fantastik nümunəsidir: “Bu axşam Azərbaycanın bir çox istedadlı ifaçılarının ifasındakı gözəlliyi, qüvvə və enerjini gördükləri zaman qonaqlarımızın simalarındakı heyranlığı görmək inanılmaz idi. Fəaliyyətimizi davam etdirdikcə mən qarşılıqlı anlaşma və tərəfdaşlıq üçün belə mübadilələrin inkişaf etdirilməsinə ümid edirəm”.
Gecədə Azərbaycan Amerika Alyansı təşkilatı tərəfindən təsis edilən tələbə təqaüdləri təqdim edilib. Qala ziyafətdə “Natiq ritm qrupu” və “Cəngi” rəqs ansamblı, muğam ustası Mənsum İbarhimov, “Evrovision 2011” müsabiqəsinin qalibləri Ell&Nikki iştirak edib.
Xatırladaq ki, Azərbaycan Amerika Alyansı 2012-ci ilin əvvəlində Vaşinqtonda təsis edilib. Təşkilatın məqsədi Amerika və Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin inkişafı və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsindən ibarətdir. Alyans iş adamı Anar Məmmədov tərəfindən təsis edilib. Bu ilin əvvəli Azərbaycan Amerika Alyansının təşəbbüsü ilə ABŞ-da Xocalı soyqırımının tanıdılması məqsədilə kampaniya keçirilib.

1102