Leyla Əliyeva: “Ekologiya ilə bağlı hazırlanan vəsait seçmə fənn kimi tədris olunacaq”
17 noyabr 2012 11:13 (UTC +04:00)

Leyla Əliyeva: “Ekologiya ilə bağlı hazırlanan vəsait seçmə fənn kimi tədris olunacaq”

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, iclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi Leyla Əliyeva iştirak edib.

İclasda çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkəmizdə ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən danışıb, “Yaşıl həftə”nin də belə layihələrdən biri olduğunu bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi Leyla Əliyeva isə çıxışı zamanı vurğulayıb ki, son illər Azərbaycan əhəmiyyətli beynəlxalq məsələlərin müzakirə edildiyi qlobal forumlar məkanına çevrilib: “Ekologiya məsələlərində bizim cəhdlərimiz yaşıl inkişaf yolunda regional və beynəlxalq liderlərdən biri kimi düşüncələrimizi və mövqeyimizi əks etdirir. Azərbaycanda keçirilən “Yaşıl həftə” çərçivəsində “Beynəlxalq Gənclər Forumu”, “Ekologiya diplomatiyası kursu”, “Yaşıl iqtisadiyyat” mövzularında “dəyirmi masa”ları, həmçinin Qərbi Avropa regionundan kənar ilk dəfə olaraq Azərbaycanda “Regional məsləhətləşmə görüşü” keçirilib. UNEP və ölkə mütəxəssislərinin birgə təşkilatçılığı ilə Azərbaycan Şərqi Avropada “yaşıl iqtisadiyyat”ın tədqiqini öz üzərinə götürən və bu işi başa çatdıran ilk ölkədir”.

Fondun vitse-prezidenti onu da bildirib ki, hazırda Azərbaycanın coğrafiyasını müəyyənləşdirəcək və dəyərlərimizə söykənən bir sıra layihələr üzərində işlənilir. “Həm keçmişimizə, həm də bu günümüzə nəzər salaraq deyə bilərik ki, Azərbaycan tolerantlıq, ideyalar, dialoqlar və inanclar baxımından nadir ölkədir. Azərbaycan tarixi “İpək yolu”nun əsas mərkəzi olduğu zamanlardakı kimi, biz indi də ölkələri “Qlobal yaşıl dəhliz” ətrafında birləşdirməyə çalışırıq. “Qlobal yaşıl dəhliz”in nadir konsepsiyası intellektual insanları və ekologiyanı müdafiə təşkilatlarını birləşdirməkdir. Daha sonra o, yerli təşkilat və idarələri bioçeşidliliyin qorunması və təbii sərvətlərin dayanıqlı idarə olunması naminə əməkdaşlığa sövq edəcək. Gələcəkdə Azərbaycanda İDEA kampaniyasının səyi ilə ətraf mühitlə bağlı fənlər məktəb proqramlarına daxil ediləcək, kampaniyanın ekologiya ilə bağlı hazırladığı vəsait orta məktəblərdə seçmə fənn kimi tədris olunacaq. Müzakirələr, praktiki işlər vasitəsilə şagirdlər təbiətə dəyər verməyi və onu qorumağı öyrənəcəklər” - deyə, L. Əliyeva əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1493

Oxşar yazılar