Kəmaləddin Heydərov Norveç səfiri ilə görüşüb
Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüş zamanı nazir Kəmaləddin Heydərov nazirlik, onun strukturu və fəaliyyəti haqqında ətraflı məlumat verib. Nazir, həmçinin, fövqəladə halların idarə olunması, xüsusilə də neft dağılmaları sahəsində Norveçin müvafiq qurumları ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Səfir isə öz növbəsində, səmimi qəbula görə təşəkkür edərək Azərbaycanla Norveç arasında aidiyyəti qurumların əməkdaşlığı üçün geniş imkanların mövcud olduğunu bildirib.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycanla Norveçin aidiyyəti qurumları arasında təcrübə və mütəxəssis mübadiləsi, qarşılıqlı səfərlərin təşkil olunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1162