Fələstin İsraili Azərbaycana şikayət etdi
Noyabrın 15-də xarici işlər naziri Elmar Məmmədyarov Cibuti Respublikasında keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının “Davamlı inkişaf üçün həmrəylik” adlı 39-cu sessiyası çərçivəsində Fələstin nümayəndə heyətinin başçısı Nabil Şaat ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Nabil Şaat İsrailin son günlər Qəzza bölgəsinə hücumu və itkilər barədə məlumat verib, BMT Təhlükəsizlik Şurasının iclasının çağırıldığını və dünya ölkələrinin buna reaksiya verməli olduğunu bildirib.
Elmar Məmmədyarov baş vermiş hadisə ilə əlaqədar narahatçılığını ifadə edib və Fələstinin BMT-nin tamhüquqlu üzvü olması məsələsinin ölkəmiz tərəfindən dəstəkləndiyini bir daha qarşı tərəfin diqqətinə çatdırıb.

2456