Azərbaycan prezidenti Ramzan Kadırovu qəbul edib - FOTO
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, ölkə başçısı ölkəmizlə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı R. Kadırovun ikinci dəfə ölkəmizə səfər etməsini xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev əməkdaşlığımızın iqtisadi, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə daha da genişləndirməyin önəmini qeyd edib. Çeçenistanda sabitliyin bərqərar olunduğunu və genişmiqyaslı layihələrin həyata keçirildiyini vurğulayan dövlət başçısı əldə olunan uğurlar münasibətilə onu təbrik edib.
Çeçen xalqının Azərbaycan xalqını özünə qardaş və dost xalq hesab etdiyini deyən R. Kadırov xalqlarımız arasında mövcud olan bu münasibətlərin qədim tarixi köklərə malik olduğunu vurğulayıb. O, Azərbaycanda gedən sürətli inkişaf proseslərinin böyük maraqla izlənildiyini deyib.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin adından Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı R. Kadırovun şərəfinə nahar verilib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29